//“Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı

“Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı

Yaşadığı qısa müddətdə dünyaya səsini eşitdirməyə çalışan Jung Inin hekayəsi gec də olsa eşidildi və bütün Koreyanı ayağa qaldırdı.

16 aylıq körpənin hekayəsi isə “Bunu bilmək istəyirəm” verilişi vasitəsilə gün üzünə çıxdı. Veriliş övladlığa götürülmüş Jung Inin istismarı və uşaq zorakılığına məruz qalması ilə bağlı bölüm hazırladı və çox keçmədən “mianhae, Jung In Ah” (Bağışla, Jung In) aksiyası ilə Koreyanın axtarış saytı Naverdə ən üst sıraya çıxdı. Bu işdən məsul olan Seul Yanqçon Polis İdarəsi barəsində tənqidlər səslənməyə başladı.Beləliklə, artıq bütün Koreya və dünya Jung Inin səsini eşitdi.

 

Yanvarın 3-ü Seul Yanqçon Polis İdarəsinin rəsmi saytına tənqidlər yağmağa başladı. “Polis uşağı öldürdü”, “Üç hesabatı görməyən polis!”, “İnsan maskalı polis” və “polis də Jung Inin cinayət işində ortaqdır” kimi ilkin tənqidlərdən bu işə cavabdeh olan şəxsin cəzalandırılması istənildi.

 

Şəbəkə istifadəçilərinin Seul Yanqçon Polis Bölməsinin ana səhifəsinə axın etməsinin səbəbi, SBS-nin ‘Bunu bilmək istəyirəm ‘ verilişinin əvvəlki gün yayımlanan bölümündə ‘Jung Inin cinəyət işinin yenidən araşdırılması’ mövzusu olub.

 

16 aylıq Jung In  3 dəfə ürəyi dayandıqdan sonra 13 oktyabr 2020-ci ildə dünyasını dəyişib.

 

Verilişə istinadən bildirilir ki, 7 aylıq övladlığa götürülən Jung In oktyabrın 13-ü bütün bədənində çürüklər və bənövşəyi ləkələrlə vəfat edib. Onun orqanları yırtılıb və nəticədə qanaxmadan qarnı qanla dolub.Jung In xəstəxanaya gəldikdən sonra təcili tibbi yardım alaraq, bir müddət yaxşılaşıb.Lakin üç dəfə ürəyi dayandıqdan sonra dünyasını dəyişib. O vaxt Jung Ini təcili yardım otağında görən təcili tibbi yardım həkimi körpənin bədənində daha öncədən yaranmış və gecikdirilmiş yaralarla yanaşı təzə yaranan yaralar da olduğunu, bunun uşaq istismarı olduğunu deyib.

“Bir qabırğanın dəfələrlə qırıldığına dair dəlillər var. Uşaqlarda qabırğalar asanlıqla qırılmır. 16 aylıq körpənin qabırğasını sındırırsansa, bu şərtsiz istismardır. ” -təcili tibbi yardım həkimi

 

Jung Inin uşaq zorakılığına məruz qaldığı barədə polis bölməsində üç məlumat var. Ancaq bütün polislər işi ittiham olunmadan bağlayıblar. Üçüncü məlumat bir pediatr tərəfindən edilib, lakin heç bir tədbir görülməyib.

 

“Polisə qətiyyətlə dedim. Mənə valideynlərindən ayrılmalı olduğunu söylədilər, ancaq ölüm xəbərini eşitdim” -pediatr.

 

Polisə qarşı ittihamlarla yanaşı, ‘Mianhae, Jung In-ah’ adlı onlayn etirazlar da davam edir. Kağızda ‘Bağışla, Jung In’ ifadəsi və söyləmək istədikləri sözlərlə birlikdə şəkil çəkdirərək insanlar bu etiraza qatılır. Etiraza ilk qatılanlardan biri də ‘Bilmək istəyirəm’  verilişinin aparıcısı olan aktyor Kim Sang-jung oldu.

Beysbolçu Ryu Hyun-jinin həyat yoldaşı və idman diktoru Bae Ji-hyun, aktyor Han Chae-ah, komediyaçı Kim Won-hyo və Shim Jin-hwa və digər məşhurlar Jung In işinin yenidən araşdırılması və uşaq istismarının təkrarlanmaması üçün etiraza qoşulub.

Elmina Səfərova