//“Memories of the Alhambra” serialının obraz afişaları yayımlandı

“Memories of the Alhambra” serialının obraz afişaları yayımlandı

Baş rollarında Hyun Bin və Park Shin-Hye`nin rol aldığı tvN-in yeni serialı “Memories of the Alhambra”nın iki obraz afişası yayımlanıb.

Serial, İspaniyanın Qranada şəhərinə işgüzar səfər üçün gedən bir investisiya şirkətinin İcraçı Direktoru (Hyun Bin) və köhnə mehmanxana işlədən bir qadının (Park Shin-Hye) qarşılaşması ilə başlayan qəribə bir hekayədən bəhs edir.

Hyun Bin serialda bir investisiya şirkətinin İcraçı Direktoru olan Yoo Jin-Woo obrazını canlandırır. Eyni zamanda oyun hazırlama məsələsində təbii qabiliyyətləri olan bir mühəndisdir. Kəskin instinktlərə, macəraçı bir ruha və güclü qazanmaq arzusuna sahibdir. Məsələ iş olduğunda nə qədər kiçik olursa olsun, hər hansısa bir şeyi itirməyə nifrət edir. Ən yaxın dostu tərəfindən xəyanətə məruz qalan Jin-Woo mənəvi olaraq çətin bir dövr keçirir. Ancaq şəxsi həyatı belə qarışıqkən belə, işi üçün İspaniyanın Qranada şəhərinə gedir. Onun obraz afişasında, “Gördüyümün yarısı gözlədiyim şey idi. Ancaq digər yarısı tamamilə səhv idi”. yazır.

Park Shin-Hye serialda İspaniyanın Qranada şəhərində köhnə mehmanxana işlədən Jung Hee-Joo obrazını canlandırır. Məşhur bir klassik gitarist olmaq xəyalını gerçəkləşdirmək üçün İspaniyaya gedir. Çox keçmədən valideynləri ölür və pul qazanmaq məcburiyyətində qalır. Buna görə Qranada şəhərində köhnə mehmanxana işlədməyə başlayır. Mehmanxanaya gələn Jin-Woo (Hyun Bin) ilə qarşılaşdıqdan sonra özlərini qəribə bir vəziyyətin içində tapırlar. Onun obraz afişasında, “O, birdən həyatımda peyda oldu. Ətrafımdakı hər şeyi dəyişdi və sonra ortadan yoxa çıxdıi” yazır.

Həmçinin serialın köməkçi aktyor heyətində EXO qrupundan Chanyeol və aktyor Han Bo-Reum yer alır.

Serialın ssenari müəllifiyini “Queen In Hyun`s Man”, “Nine: 9 Times Time Travel” və “W” seriallarını qələmə alan Song Jae-Jung edir. Serialın rejissor kreslosunda “Rooftop Prince”, “Mrs. Cop” və “Stranger” seriallarını hazırlayan Ahn Gil-Ho oturur.

Serialın ilk seriyasının 1 Dekabrda yayımlanması planlaşdırılır.(guneykoresinemas.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)