//Melon Musiqi Mükafat mərasimi 2020 qazananları!

Melon Musiqi Mükafat mərasimi 2020 qazananları!

5 dekabrda Covid-19 məhdudiyyətləri səbəbiylə Melon Music Awards 2020-nin (MMA 2020) əsas mərasimi üz-üzə tamaşaçı olmadan online olaraq canlı yayımlandı.

2020-ci ildə 2-dən 5-dək dörd gün ərzində Melon Musiqi Mükafatları verildi. Top10 mükafatı (BTS, BLACKPINK, IZ*ONE,  Baekhyun, Im Young Woong, Oh My Girl, Kim Ho Joong, Baek  Yerin, Zico və IU) və digər mükafat kateqoriyaları (Rock, Indie, OST, R & B / Soul, Ballad, Rap / Hip-Hop) 5 dekabrda keçiriləcək əsas mərasimdən əvvəl elan edildi.

Ardıcıl ikinci ildir ki, BTS, İlin Sənətçisi, İlin Albomu (“Map of the Soul: 7”) və İlin Mahnısı (“Dynamite”) ilə gecənin bütün Daesanglarını (böyük mükafatlarını) aldı.

Qeyd edim ki, BTS tarixdə İlin sənətçisi (Daesang) mükafatını MMA-da 3 il arda-arda (2018, 2019, 2020) almağı bacaran ilk sənətçi oldu.

Mükafat qazanan sənətçilər:

İlin sənətçisi (Daesang): BTS

İlin albomu (Daesang): BTS “Map of the Soul: 7”

İlin mahnısı (Daesang): BTS “Dynamite”

İlin yeni sənətçisi (Kişi): CRAVİTY

İlin yeni sənətçisi (Qadın): Weekly

Ən yaxşı performans: Monsta X

Ən yaxşı Pop: Sam Smith “To Die For”

Ən yaxşı rəqs (Kişi): BTS “Dynamite”

Ən Yaxşı Rəqs (Qadın): BLACKPINK “How you like that”

Ən yaxşı Trot: Im Young Woong

Ən yaxşı performans yaradıcısı: Son Sung Deuk (Big Hit Entertainment)

Ən yaxşı mahnı müəllifi: Young Tak

1theK Orijinal Tərkib: The Boyz

Netizen Seçimi: BTS

Hot Trend: “Mister Trot” Top6