Çoi Ye Sıl (Choi Ye Seul) iyul ayının 7-də YouTubedə olan şəxsi “O.Y Couple Story” adlı kanalında G.O ilə evlənəcəyi haqqında xəbəri hamıya elan edib. Cütlük xəbəri elan edərək belə deyib: “Biz 700 günlük görüşdən sonra nəhayət evlənmək qərarına gəldik. Bizi dəstəkləndiyiniz və həvəsləndirdiyiniz üçün sizə təşəkkür edirik”. Cütlük qohumlardan və yaxın dostlardan ibarət, balaca toy tədbirini təşkil etməyi planlaşdırır. G.O: “Bizim bəzi problemlərimiz var idi. Amma valideynlərimiz bizə qarşı anlaşlı oldular və qərarımız ilə razılaşdılar”. Çoi Ye Sıl (Choi Ye Seul): “Biz, şəxsi kanalımız vasitəsi ilə toy hazırlıqlarının hamısını sizə təqdim edəcəyik”. Qeyd edək ki, G.O və Çoi Ye Sılın (Choi Ye Seul) toyu sentyabr ayının sonuna planlaşdırılır. Dəqiq tarix hələ ki, məlum deyil. Xatırladaq ki, ilk dəfə G.O aktrisa Çoi Ye Sıl (Choi Ye Seul) ilə görüşdüyünü 2018-ci ildə elan etmişdi.
Hansamo ailəsi adından cütlüyü təbrik edirik!
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020