//MBC-nin “PD Notebook” proqramı, Koreya otel CEOsunun, arvadının sirli ölümünün arxasındakı şok edici doğruları ifşa etdi

MBC-nin “PD Notebook” proqramı, Koreya otel CEOsunun, arvadının sirli ölümünün arxasındakı şok edici doğruları ifşa etdi

“Çox təəssüf edirəm. Bir şəkildə həyatımı yaşamağa çalışdım. Çosun İlbodan Banq Yonq Huna necə qalib gələ bilərsən ki? Qorxuram amma tək yol budur.” 

Koreya otel CEOsu Banq Yonq Hunun arvadı İ Mi Ranın öz qardaşı İ Sınq Çola göndərdiyi səsli mesajın bir hissəsi.

Ertəsi gün saat 11 ərəfəsində İ Mi Ranın körpünün altında cəsədi tapıldı. MBCnin “PD Notebook” proqramı Banq Yonq Hunun arvadı İ Mi Ranın ölümünün arxasındakı səbəbləri təqib edir. Mesajı alan İ Sınq Çol, tələsik formada bacısının itdiyini, ancaq bacısını tapa bilmədiyini bildirdi. Yol qırağında saxlanılan maşının içindən intihar məktubu tapıldı. İntihar məktubunun mövzusu şok edici idi. Məktubda, həyat yoldaşı tərəfindən istismar edildiyinə və şəxsi ambulansla uşaqları ilə birgə evdən qovulduğu bildirilirdi.

Hər şey zorla qovulduğum gündən çökməyə başladı”- dedi, İ Mi Ran.

İ Mi Ranın qaynatası böyük bir şok yaşamışdı və Mi Ranın uşaqlarını günahlandırırdı. Ancaq istintaq başladığında qəribə hadisələr baş verdi. Polis uşaqları “ birlikdə yaralanmaq” ilə günahlandırdı və analarına zərər verməklə bağlı istintaqa təhvil verdi. Ancaq istintaq sadəcə zorakılıqla bağlı nəzarət altına alınmadıqlarını bildirdi.

Millət vəkilləri zərərçəkmişlə bağlı istintaqda : “cəzanın cinayətdən zorakılığa çevrilməsi şübhəlidir” – deyə, bildirdi. Bu istintaq zamanı baş verən tək şübhəli hərəkət deyildi. Mi Ranın ölümündən iki ay sonra noyabrın 1-i , Mi Ranın əri Banq Yonq Hun və oğlu , Mi Ranın bacısının evinə buz baltası və daşla girib. Ancaq polis və prokurorluq CCTV və daha çox sübuta baxmayaraq istintaqın tamamlandığını bildirmişdi. Doğrular ortaya çıxdıqdan sonra mübahisələr yarandı.

CCTV və sənədləri araşdıran təmsilçi Pyo Çanq Von “ Bu təqsirləndirilən şəxslər üçün ən avantajlı nəticə olub. İstintaqın pis niyyətlə aparılmadığını söyləmək çətindir.”– deyə, bildirib.

Koreya otelinin CEOsu Banq Yonq Hun, ailə üzvləri tərəfindən Çodun İlbo deyə çağırılır. Bəs sizcə, İ Mi Ran nəyə görə uşaqları və zəngin həyatını geridə qoyaraq intihar etməyi seçib?

MBC-nin sirli hadisədən bəhs edən proqramı “PD Notebook” , 5 mart saat 11:10da yayımlanacaq.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova