//Mavi Ev, Canq Ca Yonun(Jang Ja Yeon) intihar və təcavüz istintaqının uzadılmasına qərar verdi

Mavi Ev, Canq Ca Yonun(Jang Ja Yeon) intihar və təcavüz istintaqının uzadılmasına qərar verdi

Bu hadisə ilə bağlı başlanğıcda bir çox yanlış məlumat yayıldı və məqalələr gizli bir şəkildə silindi, verilən ifadələr bir-biri ilə uyğunlaşmadı. Buna görə də bir çox hadisə təsdiqlənmədiyi üçün bu məqalə baş qarışdırıcı ola bilər.

Bu hadisə ilə bağlı bu günə qədər nə oldu?

7 mart 2009-cu ildə Ca Yon, “Two Two” və “Duke” kimi mahnıların müəllifi Kim Ci Hun(Kim Ji Hoon) və onun həyat yoldaşı İ Conq In(Lee Jong Eun) ilə Cecu adasına səyahətə getməyi planlaşdırırdı.

Bu məlumatı Ca Yonun ölümündən bir neçə gün sonra Conq In, MBC-nin “Good Day” proqramında qonaq olarkən demişdir.

”ilk öncə birlikdə getməli idik amma sonra 14:30 da təyyarəyə mindik. Məndə Cayona “Axşam uçuşu ilə gəl” dedim.”

15:15-də Conq In bir mesaj alır : “Beş dəqiqə daha düşünəcəyəm.”

Beləliklə ilk uyğunsuzluq ortaya çıxır. Bir məqalədə Ca Yonun cütlüyə evdə qalacağını və istirahət edəcəyini, çünki çox yorğun olduğunu və bir dahakı səfər onlarla birlikdə gedəcəyini söyləyən mesaj göndərdiyindən bəhs edər.  Başqa bir məqalə isə Ca Yonun bilet almadığı üçün səyahətə çıxmadığını deyir.

Kim Ci Hun & İ Conq İn cütlüyü.

Səbəb hər nə idisə Ca Yon səyahətə getmədi. Həmin gün böyük bacısı tərəfindən pilləkandan asılmış vəziyyətdə ölü tapıldı. Valideynlərini 1999-cu ildə avtomobil qəzasında itirdikdən sonra bacısı ilə birlikdə yaşadığı iddia edildi.

Korea Times, o gün saat 3:30 radələrində bacısını yığdığını və stressə boğulduğunu, həmçinin ölmək istədiyini söylədi. Ca Yon 1 saat sonra, saat 4:30-da özünü öldürdüyü təxmin edilir. Bacısı axşam 7:30 radələrində onu tapa bilmişdi.

11 martda Çosun İlbo, akrtisanın uzun bir intihar məktubu yazdığını bildirdi.

Çosun İlbo:

”Ja Yon, insanlar özünü bir vəsiyyət belə etmədən depressiya xəstəsi olaraq öldürdüyünü bildiyi üçün məyus olacaqlar. Ağlındakılara hörmət etmək üçün yazılarının bir hissəsini barmaq izi ilə göstərməyə qərar verdim. Not: bir aktrisa olmaq üçün şou aləmində işləməyə başladığından bəri necə incindiyinin dəqiqliyi ilə bildirməsinə baxmayaraq , başqalarının pisliyinə səbəb olacağı üçün hamısını açıqlamayacam.”

Həmçinin, intihar səbəbinin bilinmədiyini və depressiya qurbanı olduğunu bildirdi. Lakin insanlar “Boys Over Flowers” serialındakı obrazı ilə məşhur olduğu üçün şübhələnməyə başladı. Yu(Yoo) deyə bilinən, başqa şirkətin təmsilçisi öz veb saytında əyləncə sektorundakı insanların niyə intihar etdiyini bildiyini yazdı. Ca yonun problemləri ilə bağlı özünə güvənərək , onun intihar məktubunu gördüyünü bildirdi. Cənab Yu Canq Ho daha sonra Ca Yonun ölümündən iki həftə öncə onun yanına gəldiyini və ona hər şeyi danışdığını iddia etdi. Yu Canq Ho, Ca Yonun köhnə müdiri idi.

Yu Canq Ho.

İlk yayımlanan məqalələrdə Yunun məktubu Ca Yonun bacısı vasitəsi ilə aldığı və kopyasını çıxardığı yazılmışdı.Kopyalardan biri KBS News 9-a , digəri isə Çosun İlboya göndərilib. Ancaq Ca Yonun bacısı məktubu 12 martda ailəsinin önündəki küllərin üzərində yandırdığını bildirdi. Bu tək Ca Yonun bacısının dediyi məlumat deyildi. Polis, ailə üzvləri və Conq In da məlumatı təsdiqlədi. Ancaq KBS işcisi 13 martdakı məktubu Yunun ofisinin yaxınında cırılmış və qismən yanmış formada zibil qabında tapdığını dedi.

Yunun məktubu paylayıb paylamadığı və ya zibil qutusuna atıb atmadığı polis üçün böyük bir problem yaratdı. 26 martda polis, məktubda Ca Yon tərəfindən bildirilən adları axtarmağa başlamışdı. Ca Yonun məktubu niyə və necə yazdığını və mediaya necə məlum olduğunu araşdırırdılar. Yunu 10 saat boyunca sorğuya aldılar ancaq xatırlamadığı üçün bir çox suala cavab vermədi. Məktubu 8 martda iki jurnalistə göstərdiyini və kopyalarını çıxartdığını etiraf etdi. Həmçinin, yandıraraq zibilə atdığını və KBS işcisinin zibil qabından ala biləcəyini söylədi. Ona görə Ca Yon , şirkət başcısı Kim Sonq Hunun qanuni olaraq cəzalandırılıb cəzalandırılmayacağını bilmək üçün məktub hazırladı. Həmçinin, məktubun başqa kopyasının olmadığını və ölümündən qabaq məktubu yaydığını da rədd etdi.

Polis ilk öncə Ca Yonun cinsi zorakılıq, təcavüz günahları ilə 10 dövlət və medya işcisini seçdiyini düşündü. Həmçinin, məktubub 4 səhifə olduğunu elan etdi. Bu 4 səhifədə Ca Yonun barmaq izləri və möhürü var idi. The Korea Timesdan anonim qalmaq istəyən müxbir, məktubun 7 səhifə olduğunu iddia etdi və Bundanq Polis Departamentindəki bir mənbədə 7 səhifə olduğu göstərilmişdi. Məktubun doğruluğu yoxlanıldıqdan sonra polis, rüşvət, zorakarlıq, vəzifənin sui-istifadə ilə bağlı sübutlar əldə etdiyini bildirdi. 2008-ci ilin dekabrında polis, ofislərə basqın edərək kompyuter və sənətci müqavilələri daxil olmaqla, 201 maddəyə əl qoydu. Şirkət sahibi Kim, binanı 2005-ci ildə satın almışdı və o vaxtlar bina 2 mərtəbəli idi. Birinci mərtəbə bar, ikinci mərtəbə isə ofis idi. Ancaq Kim, 2007-ci ildə bir mərtəbə də yüksəldərək 3 mərtəbəli bina inşa etdi. Həmin mərtəbədə duş və yataq yerləşirdi. Polis 4 kişi və 1 qadının DNAlarını topladı.

Kim, Ca Yonun ölümündən sonra mart ayında ölkədən qaçdı. Aprel ayında həbs edilməsi ilə bağlı qanun çıxarıldı. 10 gün sonra Cənubi Koreya höküməti tərəfindən Yaponya Ədliyyə Nazirliyinə təhvil tələbi istənildi. Bundaqn Polisi bu istəyin olub olmadığı ilə bağlı rəy bildirməyi rədd etdi. 24 iyun tarixində Kim, vizasının yoxlanılması bəhanəsi ilə Tokyoda həbs edildi.

Polis Kimi sorğuya çəkdikdən sonra, cinayət işi yeddi nəfərdən beşini yarğılamaq istədiyini bildirdi. Lakin heç biri Ca Yon tərəfindən cinsi təcavüz ilə günahlandırılmadı.

Aprel və May aylarında polis istintaqa qatılan kişilərin adlarını təmizlədi. Həmin şəxslərdən bəziləri Cənubi Koreya Dövlət Məhkəməsinə təhvil edilərkən sorğulanmadı.

Sonunda sadəcə Kim və Yu həbs edildi. Kim saxtakarlıq, qaçma və əlbir olma ilə həbs olunarkən, Yu , Kimi təhqir etməklə həbs olundu. Hər ikisi də 2 il azadlığdan məhrum edilmə və 160 saat cəmiyyətə xidmət etməklə məhkum edildi.

Digər 5 nəfərin haqqında isə qərar qəbul edilmədi.

Bu hadisədən sonra ən yaxşı nəticə şirkətlərin standart müqavilələr hazırlamağı oldu.

Cinayət  bir müddət  yox oldu. SBS 8 mart 2011-ci ildə Ca Yonun məktubuna sahib olduqlarını bildirdi. Ca Yonun uşaqlıq dostu 2005 və 2009 ərəfələrində Ca Yonun 31 VİP-ni 100 dəfə əyləndirməyə məcbur olduğunu bildirdi.

“Nə vaxt məndən yeni paltar geyinməyimi istəsələr başqa bir şeytanla tanış edəcəklər. Qanqnamda və Suvonda karaoke və otaqlarda onlara içki servisi etmişəm.”

SBS-nin əl yazısı analizçilərin məktublara baxıb və əl yazmaların Ca Yona aid olduğunu təsdiq ediblər.

Adların çəkildiyi məktub polisə göndərildikdən sonra Milli Araşdırma İnstitu məktubun Ca Yonun yazmadığını bildirdi. Lakin sonra Milli Ədliyyə və Tibb Şöbəsinin Rəisi, Yanq HuYol , məktubun Ca Yona aid olduğunu təsdiqlədi. Həmin məktubdakı hərf səhvləri və yazı tərzi əvvəlki məktublarla eyni formada olduğundan Ca Yonun məktubu olduğuna qərar verildi.

Məktublarda Ca Yonun DNA-sının və barmaq izlərinin tapılıb tapılmadığı soruşulduqda , NSF olduqca fərqli bir cavab verdi.

“Bu bizim işimiz deyil, polisin işidir.”

Həmin gün polis, Ca Yonun heç bir DNA-sının tapılmadığını və Ca Yonun ruhi xəstəliklər və şizofrenya xəstəsi olduğunu dedi.

Ca Yonun məktubu yayılan internet saytları silindi və hər hansı bir Cənubi Koreya xəbərlərində həmin məktubdan danışmaq qadağan olunmuşdu. Hər kəsin 7 nəfər olaraq bildiyi siyahı bir anda 31 nəfər olaraq yayılmağa başladı.

Doğrular məlum olmadan cinayət yenidən bağlandı və hər şey yenidən səssizliyə qərq oldu.

Tamamilə olmasa da 2013-cü ildə iki hekayə, təkrar cinayət işinə işıq tutdu.

18 aprel 2013-cü ildə NORIGAE film yayımladı. Fil başlanğıcda real hadisələrə əsaslanmadığını deyir. Ancaq hekayə Ca Yonun yaşadıqları ilə birə-bir uyğun olur.

Gənc aktrisa Conq Ci Hi intihar edər və medya əyləncə sektorunda mübarizə aparan sənətcilərə qarşı olan cinsi zorakılıqlar haqqında yazmağa başlayar. Aktrisanın  amansızca  bir xəbər şirkəti, film rejissoru və yayım prodüsseri tərəfindən yaralandığı ortaya çıxar. Ölən qurbanın ifadəsi olmadığından və məhkəməyə çıxmağa heç kəsin cəsarəti olmadığından  hadisənin üstü örtülər. Bir gün bir jurnalist hər şeyi ortaya çıxarmaq istəyər. (Filmin mövzusu)

12 dekabrda Ci Hunun qaldığı oteldə intihar etdiyi məlum oldu. O “Good Day” proqramında da açıqlandığı kimi doğruların ortaya çıxmağını istəyənlərdən və Ca Yonun güvəndiyi insanlardan  biri idi. Proqram vaxtı Ci Hun , bir hadisəni xatırlayaraq deyir:

“Birlikdə socu içirdik və mənə bir hekayə danışdı. Mənə “bu doğrudur?” -deyə sual verdi və məndə “çox mənasızdır. Belə hekayələri hardan tapırsan?” -deyə cavab verdim.” Daha sonra Ci Hun: “ Ümid edirəm ki, hadisəyə daxil olan insanlar isti bir ürəyə sahib olarlar və etdiklərindən peşman olarlar” -deyə bildirir.

Cinayət işi ilə bağlı ən böyük dəyişiklik 2018-ci ilin may ayında baş verdi. Seul Rayon Mərkəzi Məhkəməsi vəkili Honq Conq Hi, işi yenidən açdı.

İyun ayında Ca Yonun köhnə peşə dostu aktrisa Yu şahidlik etdi. Aktrisa, Ca Yon ilə birgə qatıldıqları bir ad günü şənliyindən danışdı. Ad günü şənliyi şirkətin böyük hissədarı Ço üçün keçirildi və Ca Yon , CEO tərəfindən iştirak etmək məcburiyyətində qaldı. Aktrisa ikisinin də VİPlərlə rəqs etməyə məcbur qaldıqlarını dedi. O. Ca Yonun saf olduğunu və başda heç nəyi anlamadan etdiyini bildirdi. Həmçinin, rəqs etdikdən sonra Ca Yonun Ço-nun qucağında oturmaq üçün çəkildiyini xatırladı.

“Hadisədən bura 9 il keçdi. O gün olanları hələ də xatırlayıram. Stajer bir aktrisa olaraq “içki süzməyin” nə demək olduğunu  ilk dəfə görürdüm. İlk dəvə Çonu görürdüm və ilk dəfə Canq Ca Yonun cinsi istismara məruz qaldığını gprürdüm.

Çətin oldu. Xatırlayıram, Canq dəfələrlə ayağa qalxmağa çalışdı amma təkrar-təkrar oturmaq məcburiyyətində qaldı. Bu arada olmaması lazım olan yerə toxundu.

Qəribə olduğunu düşündüm. Günahkar olan Çoya inanırlar kimi görünürdü. Mən sadəcə 20 yaşında idim deyə anlaya bilmirdim tam olaraq. Amma mənim üçün belə qəribə idi. Daha sonra Çonun arvadının vəkil olduğunu öyrəndim.

Mövcud araşdırma heyəti, üst səviyyə birinin, 2009-cu ildə arvadı vəkil olduğundan Çoya xüsusi bir münasibət göstərmək istəyirdi.”

26 iyunda Çonun ( indi Ço Ce Cun (Cho Jae Joon) olaraq təsdiqləndi) Ca Yonu, cinsi istismar etdiyi üçün nəzarət altına alınmışdı.

İstintaqda Ço iddiaları rədd etdi və polisə başqa bir adamın özünü istismar etdiyini söylədi. Çonun şənlikdə olduğu sübut edilmədiyindən iş, vəkilə göndərildi. Suvon Rayon Məhkəməsi işi boynuna götürdü ancaa sübut olmadığından Çonun adı təmizə çıxdı. Yenidən istintaq zamanı Çonun Ca Yona depozit verdiyi açığa çıxdı. Lakin vəkil bunun mali cəhətdən yardım üçün olduğunu dedi.

31 iyulda “PD Notebook” proqramında işin təkrar açılması ilə bağlı araşdırmacılar danışdı. Köhnə Qyonqqi polis rəisi Ço Hyon O, Çosun İlbo tərəfindən əsil istintaqda geri döndü.

”Şəxsən təhqirə məruz qaldım və çox utandım. Çosun İlbonun şiddətlə qarşı çıxdığını xatırlayıram. Siyasi iqtidardan bəhs etdikdə məni təhdit elədi. Çosun İlbonun CEO-su Banq Sanq Hun adından bəhs etməməyini istədi.” (Çosun İlbo həmçinin arvadını öldürməkdə şübhəli bilinir.)

Başqa bir məmur həmçinin, xəbər heyətindən gələn redaktorlardan birinin Banqın məsum olduğunu dəfələrlə söyləməyə gəldi. Nəticədə Banq 35 dəqiqə şirkətin iclas zalında sorğuya çəkildi. Banq adından bəhs edilməməsini və onları məhkəməyə verəcəyini bildirdi.

2018-ci il dekabr ayında xüsusi araşdırma heyəti, Koreyanın öndə gələn içki istehsalatcısı “Hintro”-dan Park Mun Don və Koreana Otel CEO-su Banq Yonq Hunu köhnə Ədliyyə rəisi Kvon Ce Cinin sorğuladığını bildirdi. Üçü 2008-ci ildə Ca Yon ilə şam yeməyində bir araya gəlmişdi.

2018-ci ilin avqustunda “Mavi Ev” aktrisa Yunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əmir çıxardı. Artıq aktrisa Yun Ci O olaraq bilinən Yun , daha öncə medyada önə çıxmamışdı. Çünki polis onu qorumurdu. İlk dəfə şahidlik etdikdən sonra, daha normal həyat tərzi yaşamayacağını bilirdi. Bir neçə dəfə köçmək məcburiyyətində qaldı və kinolara çəkilmədi. Kanadaya köçməsinin də səbəbi bu idi.

Yun bu il martın 5-i Ca Yonun ölümü və arxasındakı doğrulardan danışdı.

”Bu mənim və onun üçün doğruların bir qeydidir. Bir daha heç vaxt olmamağı lazım olan şeylərin və xəyallarımızla necə davam edə bilməməyimizin peşmanlığıdır.

”Görə bilmədiyim üçün özümü günahkar hiss etdim. Mənə uzatdığı əli görmədim. Bütün bu illər ərzində susqunluğumu qorudum və düşüncələrimi sabitlədim. İndi sadəcə ümid edirik ki, gərçəklər ortaya çıxacaq.”

Həmçinin Yun, Ca Yonun məktubunu və oradakı adları gördüyünü də dedi. Eyni medyada işləyən 3 jurnalistin və millət vəkilinin adını xatırladığını dedi. 13 martda Yunun təhlükəsizliyi sabitləndi. Aktrisa İnstaqrama geri döndü. Polis aktrisanın mühafizəsinə diqqət yetirir. Həmçinin, Ca Yonun hadisəsi digər hadisələrə görə (Burning Sun, JJY gündəmi) ilə kölgədə qalmağını böyük məyusluqla dilə gətirdi.

16 martda aktrisa, İnstaqramda nəyə görə bu günə qədər hər şeyi açıqlıqla danışmamasının səbəbini paylaşdı.

”İnsanların öncə gəldiyini deyirsiz, mən də insan deyiləm? Əminəm ki, çoxunuz risk aldığımı bilirsiz. Bir sirri söyləmək, saxlamaqdan daha asandır. On il boyunca sadəcə qanuni polis nümayəndələri ilə danışdım və ölən şəxsin adından bəhs etmək mövzusunda təmkinlə davrandım. Bu səfər 13,14 heç birindən qaçmadım. Axtarışlar və gələcəkdə olan sorğularda da qaçmamağa davam edəcəm. Siyahıda bildirilən rəqəmlər bir çox insanların və medyanın diqqət yetirdikləridir. Onları ifşa etməməyimin səbəbi onları qorumağım deyildi. Hər zaman sonlanacaq uzun müddətli mübarizədən əlavə daha çox şahidlik üçün hazırlıq görmək idi. Onları dəyanmadan günahlandırsam , məni təhqir, yalançılıq və şahidliklə günahlandıra bilərfilər. Onların buna gücü var. Onlar üçün boşuna tək qəpik belə xərcləmək istəmirdim. Pulu çox istifadə edirlər, onlar üçün bunu niyə edim? Medyanın hər zaman eyni olduğundan əminəm. Kimdir onlar? Siyahıda kimlər var? Bunun yerinə həyatımın ağırlığını qaldıra və fedakarlıq edə bilərsiz? Vəziyyəti doğru olaraq bilməkdən əlavə, təşvik edici xəbərlər yazmaq istəyən medya quruluşları var.

Siyahıdakı adları açığa çıxarmalı olan şahid deyil. Şahid sadəcə araşdırma və istintaq zamanında ortaya çıxarılmayanları bildirmək, yanlış ostintaqı bildirmək üçündür. Təhlükəsizliyimi düşünməyən medyaya nəyə görə danışmalıyam? Niyə? Mənim üçündə asan bir qərar deyildi. Mən Koreya Respublikasının vətəndaşıyam. Ailəm xarici vətəndaşlıq alıb. Qardaşım əsgərə getməməli olduğu halda Amerika Ordusunda Koreyadakı artırmaya qatılmaq üçün könüllü olub. Niyə? Çünki onun kökü koreyalıdır. Atam bir dəfə Koreyadakı adamların əsgərə getməyi lazımdır deyib deyə. Böyük ehtimal gənc yaşda qərar vermək asan bir qərar deyildi və böyüməyimizə kömək etdikləri kimi fikirlərimizində mövcudlaşmasına kömək edən anama və atama baxıb, həyatı yaşamağa olan inancım gücləndi. Bir qadın olaraq vətəndaşlığım olsa belə vacib olmayan bir çox şey vardı. Çox  avantaj əldə edəcəkdim amma bunu etmək Koreyalı olaraq yaşamaq istəməyimin son qüruruydu. Sevgili vətənimdə bu talehsiz ayrıseçkiliyin doğurdanda mənasız olduğunu düşünürəm.

Və indi Respublika Məhkəməsi , Canq Cayonun işi ilə bağlı istintaq və axtarışları uzatmaq istədiklərini açıqladı. Ancaq Ədliyyə Nazirliyi müqavimət göstərdi. Onlara görə araşdırma heyətinin fəaliyyətini uzatmaq çətindir. İstintaq başlanğıcda 30 İyun 2018-ci ildə sonlanmalı idi ancaq düzəltmələr 3 aylıq uzatmağa icazə verdi. Dekabr ayında heyət daha çox vaxt istədi. Hal-hazırda tək ümid Mavi Sarayın işi açmasıdır. Bu məqalə yayımlandığı vaxt iş 544.000 səs topladı. İşin uzadılması ilə bağlı ən son tarix 31 martdır.

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova