//Maraqla gözlənən “Arthdal Chronicles” serialı haqqında bilməli olduğunuz hər şey

Maraqla gözlənən “Arthdal Chronicles” serialı haqqında bilməli olduğunuz hər şey

“Arthdal Chronicles” (“Arthdal Salnamələri”) ilin ən çox  gözlənilən Koreya dramlarından biridir və Koreyanın ilk qədim fantaziya dramasıdır!

Ən yaxşı Hallyu aktyoru Sonq Cunq Ki (Song JoongKi) və aktrisa Kim Ci Von (Kim JiWon) bu layihə üçün yenidən bir araya gəlir. Daha əvvəl, onlar ümumdünya məşhur “Descendants of the Sun” (2016) serialaında Sonq Cunq Ki Sonq Hye Kyo (Song HyeKyo) ilə baş rollarında,  Kim Ci Von isə Cin Qu (JinGoo) ilə ikinci əsas rollarda oynamışdı. İkili 3 il sonra yenidən kiçik ekrana qayıdır.

Sonq ConqKi “Sungkyunkwan Scandal” (2010) və “The Innocent Man” (2012) kimi bir çox tanınmış seriallarda oynayıb. Kim Ci Von da  həmçinin, “Fight For My Way”(2017) serialı ilə böyük sənətkarlıq bacarıqlarını sübut etmişdi.

Serial təkcə heyəti ilə K-drama sevərləri həyəcanlandırmır, həm də mövzunun orijinallığı və böyük büdcəsi də izləmək üçün əsas səbəblərdəndir! Büdcə haqqında daha ətraflı məlumat üçün məqalənin alt hissəsini oxuyun.

Koreya seriallarının əksəriyyətindən fərqli olaraq, bu serialın bir sistemdə olacaq. Sezon 2 və 3 artıq təsdiqlənibdir. İlk iki mövsüm – hər biri 6 epizod – bu yay yayımlanacaq, üçüncü mövsüm isə ilin ikinci yarısında  yayımlanacaq.

“Part 1: “Part 1: The Children of the Prophecy” (Peyğəmbərin uşaqları”) , “Part 2: Sky Turned Inside Out, Rising Land” (“2-ci hissə: Səma tərsinə çevrildi, yüksələn torpaq” və “Part 3: Arth, the Prelude to All the Legends” (“3-cü hissə: Arth, bütün əfsanələrə dəvət” ) adlı müxtəlif başlıqları olacaq.

 

Məlumatlar

Başlıq: Arthdal Chronicles/ Arthdal Salnamələr Arthdal Chronicles / 아스 달 연대기/ Asıdal Yondeqi

Rejissor: Kim WonSeok (Kim Von Sok)

Yazıçı: Kim YoungHyun, Park SangYeon (Kim Yonq Hyon, Pak Sanq Yon)

Kanal: tvN

Yayım tarıxi: İyunun 1-dən

Epizodların sayı: Mövsüm 1 (6 epizod), Mövsüm 2 (6 epizod) / / Mövsümün ikinci yarısında yayımlanacaq

Dil: Koreya dili

Mövzu : Arktalın mistik və qədim ölkəsinin əfsanələrini yazan müxtəlif qəhrəmanların hekayələrindən bəhs edir.\

Heyyət

EunSeom kimi Song JoongKi

O, Mavi ulduz  adlanan Fəlakət ulduzunun  enerjisi ilə dünyaya gəlir. Anası onu qorumaq üçün tək başına mübarizə apardı və o lənətlənmiş uşaq kimi yaşaya bilir. O böyüyənə qədər çox çətinlik çəkir. Arthall-da  fəlakət olaraq yenidən ortaya çıxır. Mavi Daş kəndinin köçərisidir. Dövlətin Arthdal şəhərinə rəhbərlik edən fatihə çevrilir. O, valideynlərini itirdikdən sonra Vəhan xalqına qoşulur və orada qalır Onun qeyri-adi bir görünüş, şəxsiyyətə və qabiliyyətlərə malikdir.

TanYa kimi Kim JiWon

O, anasının ailəsindən  olan Vəhan xalqının varisidir. EunSeom kimi eyni lənətlə anadan olub. O, missiyasının, çətinliyin ortasında yüzlərlə il əvvəldən planlaşdırıldığını başa düşür. Arthda ən görkəmli şəxs olur və ilk qadın siyasətçi olmaq istəyir.  Arthal İmperatorluğunun ilk tacı gyən şahzadəsi və EunSeomun ilk sevgisidir.

TaGon kimi Jang DongGun

O, Saenyeok qəbiləsindəndir. Arthallın məşhur döyüş qəhrəmanıdır. O, 20 ildir döyüşlərdə qalib gəlir. Müharibədə istedadlıdır. Arthall şəhər-dövlətinin təməlini qoymaq üçün gücünü yavaş-yavaş artırıb. İlk Kral olmaq onun xəyaldır.

TaeHa kimi Kim OkVin

Arthdalda imperatorluq kimi gücünü artıran ilk qadındı. O da Arthdaldaki ən gözəl qadınlardandı.

Fraqment və Afişalar
İlk fraqment
İlk Afişa

Əsas afişa

Maraqlı faktlar

Şəkilişlərin bir hissəsi Brunei şəhərində aparılmışdır. Serialın digər bir hissəsi də Gyeonggi əyalətində, Seul şəhərinin yaxınlığındakı Osan şəhərin aparılmışdır.Serial üçün set qurulub və çəkilişlərə  2018-ci il dekabr ayından etibarən başlayıblar.

İstehsal büdcəsi haqqında

Serial, “Mr. Sunshine“, “Memories of the Alhambra” və daha çoxu kimi yüksək  keyfiyyətli seriallar  istehsal edən məşhur Studio Dragon tərəfindən hazırlanır.  “Arthdal Chronicles”-nın istehsal dəyəri 40 milyarddan çox KRW (ya da təxminən 35,250,000 ABŞ dolları) təşkil edir.

The Herald sözlərinə görə, EBEST Investment & Securities Co. adlı bir araşdırmaçı olan Kim HyunYong, “2020-ci ildə mövsüm 2 planları var. Məhsullar, oyunlar və başqa şeylərin hamısı hazırdır.”

The Herald sözlərinə görə, EBEST Investment & Securities Co. adlı şirkətin bir araşdırmaçı olan Kim HyunYong, “2020-ci ildə 2-ci mövsüm üçün  planları var. Serialın əşyaları, oyunları və başqa şeylər artıq hazırdır.”

 

 

Serialın loqosu

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər