//Mapo-tekyo və ya “İntihar körpüsü”

Mapo-tekyo və ya “İntihar körpüsü”

Mapo körpüsü Han çayının şimal sahilindəki Mapo rayonunu və Yoido adasını birləşdirir. Han çayının üzərindən keçən ən böyük və ən qədim körpülərdən biri olmasına baxmayaraq, Мapo olduqca kədərli bir faktla məşhurluq qazanıb: qısa müddətə “intihar körpüsü” şöhrətini əldə edib və niyəsə həyatdan əlini üzən və ümidi kəsilən insanlar həyatla hesablaşmaq istədikdə məhz bu körpüyə gəlir. Bu fenomenin səbəbini izah etmək çətindir, lakin mütəxəssislər bu suala psixologiyanın köməyilə cavab verməyə çalışırlar: intihar edənlər şüuraltı səviyyədə intihar aktının mümkün olduğu qədər açıq və əlçatan olmasına və yaxud, cəsədlərinin tez tapılmasına can atırlar. Маpo bu məntiqə çox uyğundur: altızolaqlı körpü şəhərin gediş-gəlişli rayonunda yerləşir və Seulun bütün körpüləri arasında onun maşın və insanları ötürmə qabiliyyəti ən çox olanlardan biridir. İstənilən halda, səbəbin nə olmasından asılı olmayaraq, fakt fakt olaraq qalır – körpü intihar sayına görə liderdir.
Bu vəziyyəti dəyişdirmək məqsədilə şəhər rəhbərliyi bir kampaniya planlaşdırdı və 2012-ci ilin sentyabrında Маpo “həyat körpüsü”nə çevrildi: bütün körpü boyunca (təxminən bir kilometr yarım) piyada keçidini körpünün kənarından ayıran məhəccərin üzərinə optimist yazılar vurdular, hansı ki, müəllifin fikrinə görə insanları həyat haqda düşünməyə, onun gözəlliyini dərk etməyə çağırmalı idi. Bu ideya həqiqətən maraqlı və kreativdir, şəhər rəhbərliyi onun təcəssümünə dair, hətta ən müxtəlif beynəlxalq müsabiqələrdə şəhərin təşkili və onun rəhbərliyinə yaradıcı yanaşmasına görə qalibiyyət əldə etdi.

Buna baxmayaraq, statistikaya əsasən, bu təşəbbüs tamamilə əks təsir göstərdi: əgər 2011-ci ildə Маpoda 12, 2012-ci ildə isə 15 intihar cəhdi qeydə alınmışdırsa, onda 2013-cü ildə körpüdə piyada keçidinə xoş görkəm verdikdən və bu yazıları yazdıqdan sonra intihar sayı 96 insana qədər (6 dəfədən çox) artdı.

 

“Həyat köpüsü”nün yaradılışından əvvəlki 5 il ərzində Mapoda 108 intihara cəhd hadisəsi qeydə alınmışdır. Bu həyata sevgi ərazisi yarandıqdan 1 il sonra isə özünə qəsd edənlərin sayı dərhal bu ədədi ötdü.
Mütəxəssislərə görə, məhz belə bir proyektin yaradılması faktı, həmçinin KİV-də geniş işıqlandırılması və reklam tam əks təsirə gətirib çıxartdı: indi hamı dəqiq bilir ki, özünə qəsd etmək istədikdə haraya getmək lazımdır. Bu cür gözlənilməz əks təsirlərə misal olaraq başqa ölkələri də göstərmək olar: San-Fransiskoda “Qızıl darvaza” körpüsü və ya Yaponiyada “İntihar meşəsi” (Dzyukay). Psixoloqların sözlərinə görə, həyata olan susuzluğu canlandırmaq üçün nəzərdə tutulan belə sözlər əlbəttə ki, yaxşı və lazımlıdır, amma böyük effekt üçün alovlu çağırışlara maddi dəstək vermək lazımdır: məsələn, fiziki cəhətdən onların üzərindən aşmaq çətin olsun deyə körpünün hərəkət edilən hissəsinin altında təhlükəsizlik şəbəkələri quraşdırmaq və yaxud məhəccərin hündürlüyünü artırmaq.

“Günün necə keçib?”

“Çox çətinlik çəkmisən”

“Səni sevirəm”

“Mavi səmaya bax”

“1 fincan kofeyə nə deyirsən?”

“Deməsən də olar, bilirəm”

 

 

 

 

Mənbə: astra-wizard.livejournal.com