//MAMAMOO qrupunun üzvü Wheein solo mahnısı ilə geri dönüş etdi

MAMAMOO qrupunun üzvü Wheein solo mahnısı ilə geri dönüş etdi

 

Qrupun sevilən üzvü Wheein “Soar” adlı albom və alboma daxil olan əsas mahnı “Good bye” ilə geri dönüş etdi. Müğənnin yeni albomu mövsümə və indiki havaya çox uyğun gəlir. Xatırladaq ki, ilk dəfə 2018-ci ilin aprel ayında solo debüt edib. “Soar” adlı albom daha əvvəl paylaşılan ilk albom “Magnolia”nın davamı hesab olunur. “Good bye” adlı mahnının klipi YouTubenin 1theK (원더케이) kanalında paylaşılıb. Ayrılqdan, qarşılıqsız sevgidən bəhs edən mahnıya gəlin birlikdə baxaq.