//MAMAMOO-dan Wheein bir müddət qrup performanslarına qatılmayacaq

MAMAMOO-dan Wheein bir müddət qrup performanslarına qatılmayacaq

MAMAMOO-dan Wheein, 30 Yanvar tarixində keçiriləcək Seul Musiqi Mükafatlarına qatılmayacaq.

Yanvarın 29-da qrupun agentliyi RBW bu açıqlamanı verib:

“Salam. Bu RBW-dir.

MAMAMOO üzvü Wheein, soyuq dəymə səbəbiylə xəstəxanada müayinə edilib..

Nəticələr göstərir ki, ona A tipli qrip diaqnozu qoyulub. Vəziyyətini bərpa etmək üçün həkimin tövsiyəsindən sonra yanvarın 30-da (cümə axşamı) 29-cu Seul Musiqi Mükafatlarına qatılmayacaq.

Gözləyən çox sayda azarkeşdən ani bir xəbərlə əlaqədar narahatlığa səbəb olduğumuz üçün üzr istəyirik və Wheeinin azarkeşləri ən qısa zamanda yaxşı salamlaya bilməsi üçün əlimizdən gələni edəcəyik. Təşəkkürlər.”

Elmina Səfərova