//Ma Donq Sok, Hollywood Marvel filmi olan “Eternals” üçün görüşmələrə başlayıb

Ma Donq Sok, Hollywood Marvel filmi olan “Eternals” üçün görüşmələrə başlayıb

17 apreldə Amerika mətbuatında çıxan xəbərlərə görə aktyor Ma Donq Sok(Ma Dong Suk), Hollywood-un Marvel Universe-sində ilk çıxışını etmək üçün görüşmələrə başlayıb.

Ma Donq Sok, 2016-cı ildə “Train To Busan” filmindəki rolundan sonra Hollywoodda sevilib. Ancaq Koreyadakı hadisələr və yeni filmlərinin yayınlanmasına bağlı olaraq təklifi qəbul edə bilməmişdi.

İndi isə yaxınlaşmaqda olan Marvel filmi “Eternals” filmində Angelina Jolie  Kumail Nanjiani kimi ulduzlarla birlikdə filmin heyətinə qatıla biləcəyi bildirildi.

Jack Kirby-in cizgi filmindən çəkilən film “Eternals”, kosmik enerjini manpulyasya etmə gücü olan qədim insanlardan bəhs edir.

Görüşmələri gedən filmi hələ Ma Donq Sok-un təsdiqləmədiyi bildirilib.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova