İyul ayının 20-si tarixində, Amerikanın San-Dieqo şəhərində Marvel Studios kino şirkəti tərəfindən “aktyorların təqdim olunma” mərisimində sevilən aktyor Ma Donq Sok (Ma Dong-seok) da iştirak edib. Aktyorun tədbirdə iştirak etməsinə səbəbi onun Marvel Studiosun “The Eternals” adlı filmdə rol oynamaq təklifi səbəb olub. Sözü gedən kino şirkətinin icraçı direktoru Comic Con yuxarıda adı yazılan filmdə iştirak edəcək olan aktyorları təqdim edərək, Ma Donq Sokuda təqdim edib. O, aktyoru Don Li ləqəbi ilə çağırıb. Koreyalı aktyor filmdə Thor və Hercules kimi super gücləri olan Gilgamesh obrazını canlandıracaq. Filmin baş rol olan Sersi obrazını məşhur aktrisa Angelina Jolie oynayacaq. Sözü gedən filmdə aktyor Ma Donq Sok aktrisa Salma Hayek, Richard Madden, və Kumail Nanjiani kimi məşhur aktyorlar ilə birgə rol oynayacaq. Filmin süjet xətti super gücləri olan insanlardan bəhs edir. Hansı ki, belə insanlar öz istəklərini, arzularını ikinci plana salaraq dünyanı xilas etmək ilə məşğuldurlar. Onlar dunyanı xilas edənlərdirlər. Film Jack Kirbynin 1976 serya komiksləri əsasında çəkliəcək. Filmin yayımlanması 2020-ci ilin 6 noyabırında planlaşıdırılır.
Just announced in Hall H at #SDCC, Marvel Studios’ THE ETERNALS with Angelina Jolie, Richard Madden, Kumail Nanjiani, Lauren Ridloff, Brian Tyree Henry, Salma Hayek, Lia McHugh and Don Lee. Directed by Chloé Zhao. In theaters November 6, 2020. pic.twitter.com/k6ZgfX38VW
— Marvel Studios (@MarvelStudios) July 21, 2019
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020