//Məşhurların sevgi macəraları 1-ci hissə BIGBANG

Məşhurların sevgi macəraları 1-ci hissə BIGBANG

Bu yazımızda sizə koreyalı məşhurların debut etdikləri vaxtdan bu günə kimi olan sevgililəri və münasibətləri haqqında ətraflı məlumat veriləcək.

Siyahı K-Pop qruplarından aktyor və aktrisalara doğru sıralanacaq.

BIGBANG

G-Dragon – Kiko Mizuhara

G-Dragonun adı bu günə qədər sayısız xanımlar və məşhurlarla çəkilib. Lakin bunlar arasında bir ad var ki, bu gün belə fanlar G-Dragonun onu unutmadığını və mahnıları da onun üçün yazdığını düşünürlər. Bu cütlük medya və fanlar arasında ən çox danışılan münasibətdir. İkili heç vaxt sevgili olduqlarını qəbul etməsələr belə yayılan şəkillər və söz-söhbətlər bu yalanlamaları təkzib edirdi.

2009-cu il BIGBANG-ın Yaponyada debut etdikləri vaxt idi və qrup ViVi adlı jurnal ilə əməkdaşlıq edirdi. Həmin vaxtlar Kiko Mizuhara da məhz həmin jurnalda model olaraq çalışırdı. İntervyu zamanı BIGBANG üzvlərindən ideal tiplərinin necə qadınlar olduğu soruşulur. Bu zaman GD bu şəkildə cavab verir: “Bayaq gələrkən binada çox gözəl bir qız gördüm. Onu görəndə doğurdan da çox cəzbedicidir deyə düşündüm.” Daha sonra stolun üzərindəki jurnalı göstərir. Jurnalın həmən tirajında model olaraq Kiko yer almışdı. GD: “Bu model çox cəzbedicidir. Tam mənim ideal tipimdir ! Bu cür sirli görünən qadınlardan xoşum gəlir.”

Daha sonra Seungri Kikonun 19 yaşında olduğunu xatırladır və GD təəccüblənərək : “Doğurdan? Bəlkə də hədiyyə olaraq ona Hello Kitty oyuncaqlarından verməliyəm. Xoşuna gələr.”– deyə zarafat edir. İkilinin tanışlığı bu cür başlayır.

Daha sonra 2010-cu ildə G-Dragon və Kikonun sevgili olduğu xəbərləri ortaya atılır. Buna səbəb isə cütlük əşyalarının olması və GD-nin tez-tez Yaponyaya getməsi olur. Lakin, YG bunu yalanlayır və onların sadəcə dost olduqlarını deyir. Hətta T.O.P verilişlərin birində Kiko ilə ən yaxın olan üzvün özü olduğunu deyərək, hədəf yayındırmağa çalışır. Ən çox diqqət çəkən hadisələrdən biri də Kikonun nənəsinin Kikonun feysbuk profilində yazdığı rəy olur. Film festivalından şəkil paylaşan Kikonun şəklinə nəvəsi ilə fəxr edən nənə “Rock star sevgilisi və qrupu da Kikonun Vogue jurnalındakı məqaləsinin tam altındadır.”-deyə rəy yazır. Təbii ki, Voguenin həmin jurnalında BIGBANG da yer alır.

2011-ci il isə cütlüyün artıq qaça bilmədikləri il olur. Fevral ayında Kiko “Marc Jacobs” tədbirinə qatılır. Bu zaman məhdud sayda istehsal olunmuş iki Playboy koftası alır və birini dostuna verəcəyini deyir. Daha sonra isə G-Dragonun o kofta ilə çəkilmiş şəkilləri və videosu yayılır.

2011-ci ildən başlayaraq cütlük müxtəlif yerlərdə, müxtəlif zamanlarda medya tərəfindən tutulur və şəkilləri yayılmağa başlayır.

Şübhə yaradan mövzulardan biri isə cütlüyün sosyal şəbəkələrdəki profil adları olur. Kikonun tviter və instaqram adı @kikoxxx , @i_am_kiko olarkən, GD-nin instaqram adı @xxxibdrgn, tviter adı isə @IBGDRGN-dur. (Bunu hələ də dəyişməyiblər). Çoxunuzun bildiyi kimi GD-nin “That XX” adlı mahnısı da var ki, bu mahnı ikilinin ayrıldıqları zaman yazılıb və həmin ərəfələrdə Kiko başqa biri ilə sevgili olub. Mahnının sözləri cütlük arasına girən  3-cü tərəf haqqındadır. GD-nin mahnılarında Kiko-nun adı dəfələrlə çəkilir. Məsələn GD&TOP albomunun introsunda GD belə deyir: “ne kinın çakciman ne yocanın kiko” bu sözün iki mənası var. Birincisi “mənim boyum balacadır amma sevgiliminki uzun”, ikincisi isə “boyum balacadır amma sevgilim kikodur” .

Cütlük haqqında olduqca uzun yazmaq olar çünki dəfələrlə ad günlərində, eyni yerlərdə və s. kameralara tuş gəliblər. Hətta cütlüyün nişanlandıqları belə təxmin olunurdu. Çünki, cütlüyün ailələri olduqca yaxın idi və birlikdə dəfələrlə şam yeməyinə gediblər. Həmçinin Kikonun əlində nişan üzüyü olub və müxtəlif üzüklərlə onu örtbasdır etməyə çalışsa da, heç vaxt həmin üzüyü çıxarmayıb. Kikonun sosyal şəbəkələrindəki rəylərdə də dəfələrlə üzük söhbəti gedib.

GD-nin Kiko üçün divara çəkdiyi şəkil və Kiko yazısı.

2014-cü ilə qədər sevgili olan cütlüyün münasibəti isə 2014-cü ilin aprel ayında sonlanıb. Belə ki, Kiko hər yerdən GD-ni blok edib. Bəziləri bunun səbəbinin GD-nin Kikoya qarşı hansısa səhvi etməsi olduğunu düşünür. Çünki hər yerdə GD-ni blok edən Kiko acıq çıxarmış kimi xoşbəxt şəkillər və statuslar paylaşarkən, GD ayrılıq acısı çəkdiyini bildirən şəkillər və statuslar, mahnılar yazırdı. Ayrılıqdan sonra 2017-ci ilə qədər GD-nin ruh halı heç də yaxşı olmayıb. Bəlkədə Kikonu unutmaqda çətinlik çəkirmiş 🤷🏻‍♀️

G-Dragon – Nana Komatsu

2016-cı ildə Nana və G-Dragonun sevgili olduqları xəbəri yayılmağa başladı. NYLON jurnalı üçün bir araya gələn cütlük daha sonra bir çox yerdə görünməyə başladı.Lakin, həmişə olduğu kimi yenə YG söz-söhbəti yalanlayaraq, dost olduqlarını deyir. Daha sonra G-Dragonun şəxsi instaqram profili “peaceminuseone”-ın şifrəsi sındırılır və GD-nin Nana ilə olan şəkilləri yayılmağa başlayır. Profilinin oğurlandığını bilən GD instaqram üzərindən fanlara ağır bir reaksiya göstərir və profilini sındıran şəxsi məhkəməyə verəcəyini açıqlayır. Bu münasibətin digər maraqlı məqamı isə odur ki, Nana Kikonun ən yaxın dostu olur. Lakin, Nana GD ilə sevgili olduqdan sonra Kiko ilə dostluğu pozulur. Fanlar GD-nin Nanaya bilərəkdən yaxınlaşdığını da düşünür. Çünki, həmin vaxtlar Kiko çıxdığı verilişlərdə GD kimi oğlanları sevmədiyini deyir. Həmçinin, Kiko başqası ilə sevgili olmuşdu.

G-Dragon – Dara, CL 

Debut etdikləri vaxtdan Sandara və CL-in adı dəfələrlə GD ilə çəkilib. Lakin, yaxın dost olduqlarını deyərək hər dəfə bunu yalanlayıblar. Həmçinin daha sonra məlum olub ki, CL ilə GD münasibəti GD ilə Kikonun münasibətini gizləmək üçün ortaya atılıb. Belə ki, GD ilə CL-in yalnız olduğu düşünülən şəkillərin arxa fonunda həmişə Kiko olub.

G-Dragon – Jooyeon

2017-ci ildə After School Jooyeonun Kawaii proqramındakı videoları səs-küyə səbəb olmuşdu. Belə ki, G-Dragon ilə videosunu paylaşıb dərhal silən Jooyeon, durduq yerə sevgili deyilik deyə rəsmi açıqlama verir. Fanların içinə qurd salan Jooyeonun daha sonra fanlar tərəfindən başqa şəkilləri də ortaya çıxır. Dispatch 2018-ci ildə GD ilə Jooyeonun eyni vaxtda Jejuda olduqlarını və oxşar şəkillər çəkdiklərini, sevgili olduqlarını iddia edib.

T.O.P

BIGBANG-ın ən böyük üzvü T.O.P-nin sevgili xəbərləri təsdiqlənməsə belə uzun müddət gündəmdə qalmışdır.

T.O.P və debutdan öncəki sevgilisi (2006)

T.O.P YG-ə girmədən öncə özündən 5 yaş böyük biri ilə sevgili olub. Sevgilisi T.O.P-nin idol olmasına qarşı çıxıb və ikisi arasında bir seçim etməsini istəyib. T.O.P YG Entertainmentə qəbul olduğu və BIGBANG ilə debut edəcəyi üçün münasibətini bitirib. T.O.P-nin “Act like Nothing’s Wrong” treki də həmin xanımla olan münasibətindən bəhs edir. 2008-ci ildə MBC-də yayımlanan verlişlərin birində T.O.P bu mövzuda danışaraq fanlara müraciət edib. T.O.P: “O, məndən 5 yaş böyük idi. Sözün düzü, mən onu çox sevirdim. Ancaq özümə inamım yox idi. Düşünürdüm ki, əgər orta məktəbdə oxuduğumu bilsəydi, məyus olardı. Onunla 1 il boyunca münasibətimiz olub və indi mənim və onun şəkilləri internetdə gəzir. Onun kimliyi internetdə ifşa olunub. O şəkillərin yayımlandığını görəndə çox hirsləndim. Anlayıram ki, məşhur bir insan kimi artıq şəxsi həyatım yoxdur. Ancaq o, məşhur deyil və hal-hazırda onunla münasibətimiz yoxdur.Buna baxmayaraq, yenə də mənim üzümdən bütün bunlardan təsirləndi. “

T.O.P – Shin Min Ah

2008-ci ildə T.O.P dəfələrlə aktrisa Shin Min Ahın evindən çıxarkən görüntülənib. Həmçinin ikisi az insan olan məkanlarda da görüntülənib. Çıxan xəbərləri yalanlayan YG, sadəcə dost olduqlarını açıqlayıb: “Onlar T.O.P-nin böyük bacısı Shin Min Ah ilə yaxın dost olduğu üçün tanış olublar. Həmin vaxtlarda T.O.P serial və kinolara çəkilməyə başladığı üçün Shin Min Ahdan aktyorluq dərsləri üçün kömək alıb. Onlar sadəcə dostdurlar.” 

T.O.P – Krystal

2014-cü ildə T.O.P və Krystalın sevgili olduqları xəbərləri yayılmağa başladı. Səbəb isə Krystal ilə T.O.P-nin eyni vaxtlarda eyni yerlərdə olmaları və eyni paltarları geyinməkləri olub. Hər iki tərəfdə bu xəbərlərlə bağlı açıqlama verməyərək, səssiz qalmışdı.

T.O.P və adı bilinməyən xanım

Qatıldığı Radio Star verilişində köhnə sevgilisindən danışan Seung Hyun sevgilisinin içkini çox sevdiyini və nə zaman görüşsələr içki içdiyindən bəhs edib. Xanımı nə qədər sevsədə bu hərəkətlərini bəyənmədiyini və buna görə də ayrıldıqlarını açıqlayıb. Bu hadisədən sonra Seung Hyuna ideal qadın tipinin necə olduğu soruşularsa,görünüş və xarakterdən öncə  “içki içməyən biri” olaraq cavab verir.

T.O.P və Han Seo Hee

T.O.P 2016-cı ildə stajer olan Han Seo Hee ilə 2017-ci ilin ilk yarısına kimi sevgili olub. Daha sonra narkotik skandalı çıxdıqdan sonra ikili ayrılıb.

Taeyang

Taeyang – Min Hyo Rin

Cütlük 2014-cü ildə Taeyangın “1AM” mahnısının klipində tanış olublar. Çəkiliş zamanı bir-birlərinə vurulan cütlük daha sonra sevgili olmağa başlayıblar.  2015-ci ildə münasibətdə olduqlarını hər kəsə  açıqlayan Taeyang və Hyo Rin dəfələrlər dispatch tərəfindən yaxalanıblar. Qısa müddət ayrıldıqdan sonra Taeyang keçmiş sevgilisi Hyo Rin üçün Eyes Nose Lips mahnısını yazmış, klipdə də Hyo Rinin şəklindən istifadə etmişdir. Taeyang ilk sevgilisi və sevdiyi qadın olan Hyo Rin ilə 2018-ci ildə ailə həyatı qurub.

Daesung

Daesung və heç kim

Başlıq zarafat kimi gəlsə belə doğurdan da bu günə kimi Daesungun sevgili xəbəri çıxmayıb. BIGBANG üzvlərinin dediyinə görə aralarındakı ən “playboy” üzv Daesungdur. BIGBANG qrupunun danışdıqlarına əsasən, Daesung məşhur olmayan biri ilə uzun müddət sevgili olub. Daesung sevgilisinə “Nə zaman xəstə olsan mən sənin yanında olacam” – deyə söz verib. BIGBANG-ın Yaponyaya getməli olduğu bir gün Daesungun sevgilisi xəstələnib. Daesun onu görə bilmək üçün passportunu itirmiş kimi davranıb və sonrakı uçuşla Yaponyaya gedib. Heç bir sosyal şəbəkədən istifadə etmədiyi üçün və çölə çıxmadığı üçün skandalları da yaranmır. (Bir Daesung biaslı biri olaraq deyə bilərəm ki, evli və uşaqlı skandalı çıxsa təəccüblənmərəm)

Seungri

Debut etməmişdən öncə Gwangjuda rəqs akademiyasına gedən Seungri orada tanış olduğu bir xanımla 3 il müddətində sevgili olub. Universiteti qazanıb müəllim olan xanım başqa biri ilə tanış olaraq Seungriyə xəyanət edib. Bu hadisə Seungrinin “GG Bae” mahnısında da ətraflı əks olunur. Seungri debut etdiyi vaxtdan bu günə qədər bir neçə dəfə xanımlarla görüntülənib. Lakin, heç biri sevgilisi olmayıb. 2018-ci ildə Yu Hyewon adlı aktrisa ilə kameralara yaxalanan Seungri bu mövzuda səssiz qalaraq, heç bir açıqlama verməmişdi.Daha sonra BS skandalı yarandığı üçün bu söhbət medya tərəfindən unuduldu.

Bu yaxınlarda (mart ayı) hərbi xidmətə başlayan Seungri həmin xanım ilə bir daha görüntülənib. Belə ki, Yu Hyewon Seungri ilə eyni maşında onu əsgərliyə yola salmaq üçün gəlmişdi.

TAGS:
Elmina Səfərova