//Məşhurların əvəzolunmaz bayram hədiyyələri

Məşhurların əvəzolunmaz bayram hədiyyələri

Bir çox məşhur  il sonu tətil mövsümündə səxavətli yardımlar edib!

Yaşıl Çətir Uşaqlar Vəqfinin 24 dekabrda verdiyi məlumata görə,TVXQ-dən Çanqmin (Changmin) Koreyadakı aztəminatlı tək valideyn ailələrindən olan uşaqlara kömək üçün 50 milyon von (təxminən 43 min dollar) bağışladı. Onun hədiyyəsi ilə 100 uşağa uşaq baxımı və təhsil haqqı üçün maddi yardım göstəriləcəkdir.

Məşhur: “Mən tək valideynli ailələrin uşaqlarına isti bir hədiyyə vermək istədim. Ümid edirəm ki, hər bir uşaq Miladı iqtisadi və sosial şəraitdən asılı olmayaraq xoşbəxt bir gün kimi xatırlayar.” -deyə hisslərini dilə gətirib.

Çanqmin illər boyu ehtiyacı olan uşaqlara kömək etmək üçün çoxsaylı ianələr edib və eyni zamanda ChildFund Koreyaya 100 milyon vondan artıq yardım göstərən (təxminən 86 min dollar) Green Noble Klubunun üzvüdür. Ulduz təkcə son iki ildə cəmi 440 milyon von (təxminən  378.300 dollar) bağışlamışdır.

Xportsnews-ə istinadən bildirilir ki, Yu İn Na (Yoo In Na) bu yaxınlarda eşitmə əngəlli uşaqlara koklear implant əməliyyatı və eşitmə cihazları təqdim edən, həmçinin cəmiyyətə uyğunlaşdıqları zaman dəstək verən bir təşkilat olan Cochlea of ​​Love-a 100 milyon von bağışlayıb.

Aktrisa əvvəllər sentyabr ayında həmin təşkilata 30 milyon von (təxminən  25,800 dollar) hədiyyə edib və Yu In Na, bu ilin əvvəlində MBC-nin “Birlikdə maliyyələşdirmə” proyektinin əsas yardımçısı seçilib.

Bundan əlavə, Jinusean-dən  Sean-in Koreyadakı Lou Gehrig Xəstəlikləri Xəstəxanasının inşasına dəstək olmaq üçün 51.5 milyon von (təxminən $ 44.300) bağışladığı ortaya çıxdı.

Oktyabr ayında Sean, sosial mediada 1.5 km (təxminən 0.9 mil) üzgüçülük, 40 kilometr (təxminən 24.9 mil) velosiped sürmək və 2019 Tongyeong ITU Triathlon 10 km (təxminən 6.2 mil) qaçışını edəcəyinə söz verdi. Məşhur qaçdığı  hər metrə 1000 von (təxminən 86 sent) hədiyyə edəcəyini açıqlamışdı. Dekabrın 24-də Sean Seungil Ümid Vəqfinə 51.5 milyon von hədiyyə edərək vədinə əməl etdi.

Sean, 2009-cu ildə Lou Gehrig xəstəliyi xəstəsi və keçmiş basketbol məşqçisi Park Sınq İl ilə görüşdükdən sonra Koreyanın ilk Lou Gehrig Xəstəlikləri Xəstəxanasını qurmaqla bağlı düşüncəsini reallaşdırmağa çalışır.

1 Litre of Tears, Bir Litre Gözyaşı kimi  seriallar və kitablardan tanıdığımız xəstəlik daha çox gənclərdə yaranan və əsasən ölümlə nəticələnən ağır xəstəliklərdəndir. ALS olaraq da bilinən xəstəlik mərkəzi sinir sisteminin,  sinir hüceyrələrinin (neyronların) itkisindən qaynaqlanır. Bu hüceyrələrin itirilməsi əzələ zəifliyinə və dağılmasına (atrofiyaya) səbəb olur. Tibbdə müalicəsi tam olaraq bilinməyən xəstəliyə qarşı göstərdiyi diqqət və yardıma görə Sean ən xeyirxaq məşhurlardandır.

Elmina Səfərova