//Məşhurlar Sokço yanğınında zərər çəkənlərə öz dəstəklərini göstərdi

Məşhurlar Sokço yanğınında zərər çəkənlərə öz dəstəklərini göstərdi

Səhnədə, televiziyada özlərini sevdirən alqış toplayan məşhurlar bu səfərdə alqışa layiq hərəkət göstəriblər. Qanqvon bölgəsində baş vermiş meşə yanğınından zərər çəkmiş əhaliyə məşhurlar yardım etdi.

4 aprel günü Qanqvon bölgəsində yerləşən Sokço, Qanqnınq və Donqhe şəhərlərində fövqəladə hal elan edildi. Yanğın nəticəsində şəhərlərə maddi ziyan dəydi. 5 apreldə 1 nəfərin öldüyü və 11 nəfərin yaralandığı bildirildi.

6 aprel tarixində Hope Bridge Disaster Relief Association-nın verdiyi məlumatda bir çox məşhurun dəstək göstərdiyi bildirilir.

PSY-nin yanğından zərər çəkmişlərə 100 milyon von (87.900 dollar) yardım göstərdiyi məlum olub. İ Byonq Hon(Lee Byung Hun) və İ Min Conq(Lee Min Jung) cütlüyü də eyni miqdarda yardım göstərib.

‘SKY Castle”-dan Kim So Hyonq(Kim Seo Hyung) 10 milyon von (8800 dollar), aktyor Yu Cin(Yoo Jin) 50 milyon von (43.900 dollar), aktyor Conq Kyonq Ho(Jung Kyung Ho) 10 milyon von və İm Şivan(İm Siwan) 20 milyon von məbləğində yardım göstərib.

Co Conq Sok(Jo Jung Suk) və Gummy cütlüyü 30 milyon von (26ş400 dollar) və aktyor Conq He İn(Jung Hae İn)-də eyni miqdarda köməklik göstərib. Komediyaçı Yu Byonq Ce(Yoo Byung Jae) prodüsseri ilə birgə 1 milyon von (900 dollar) kömək edib.

Dəstək göstərən məşhurlar arasında KoyoteSimon Dominic (30 milyon von) ,ASTRO-dan Ça In Vu(Cha Eun Woo) , WINNER-dən Kim Cin Vu(Kim Jin Woo), aktyor Kim So Hyon(Kim So Hyun), aktrisa Çon Vu Hi(Chun Woo Hee), Narsha (10 milyon von) köməklik göstəriblər.

Highlight-dan Yun Dujun(Yoon Doojoon)(20 milyon von), CNBLUE-dan Kanq Min Hyok(Kang Min Hyuk)(10 milyon von) dəstək göstəriblər.

Kim Vu Bin(Kim Woo Bin),köhnə adı Lizzy olan Park Su A(Park Soo Ah),yapon manken Yano Shino,komediyaçı Kim Ci Min(Kim Ji Min) və köhnə beyzbol oyunçuları da dəstək göstərib.

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova