//Məşhur müğənni və aktrisa yol qəzasında dünyasını dəyişdi

Məşhur müğənni və aktrisa yol qəzasında dünyasını dəyişdi

20-li yaşlarının sonlarında olan qadın aktrisa yol nəqliyyat qəzasında dünyasını dəyişib.

Qyonqqi Kimpo Polis İdarəsinin dediyinə görə qəza may ayının 6-sı saat səhər 3:50-də İnçon Beynəlxalq Havalimanına gedən yolda meydana gəlib. Taksi sürücüsü ‘A’(56) və minik avtomobilin sürücüsü ‘B’(73) , parkinq halında olan aktrisa ‘C’(28)-ni Mercedes-Benz markalı avtomobilindən düşərkən vurub.  ‘C’ hadisə yerində dünyasını dəyişib və həm ‘A’ həm də ‘B’ aktrisanın ölümündə günahlandırılır.

Məlumata görə ‘C’-nin həyat yoldaşı ayaq yoluna getmək istədiyini bildirib və cütlük yol kənarında avtomobili saxlayıb. Avtomobildən çıxan ‘C’ ilk öncə sürücü ‘A’ daha sonra isə ‘B’-nin idarə etdiyi avtomobil tərəfindən vurulub. Aktrisanın əri “otluqdan çıxdıqdan sonra qəzanın baş verdiyini gördüm” -deyib.

‘C’ ilk çıxışını 2010-cu ildə qız qrupu ilə edib və daha sonra seriallarda çəkilməyə başlayıb.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova