//Məktəb və sevgidən bəhs edən, mütləq izləməli olduğunuz, 3 ən yaxşı serial

Məktəb və sevgidən bəhs edən, mütləq izləməli olduğunuz, 3 ən yaxşı serial

 

Bəzi seriallar var ki, onları izləmək həvəsi hansı yaşda olmağımızdan aslı deyil. Eyni mövzuda, muxtəlif seriallar izləyə bilərsiniz amma bu baxacağımız yeni seriala həvəsimizin tamamilə ölməsinə səbəb ola bilməz. Müəyyən zaman keçdikdən sonra insan yenə həmin janrda, həmin mövzuda izləyə biləcəyi ən yaxşı serialı axtarır. Serial yaradanlar, hər dəfə muxtəlif seriallarda eyni mövzunu daha da, rəngarəng etməyi necə bacardıqları sadəcə sirdir. Serial axtarışları üzrə araşdırma apararkən məlum oldu ki, dünyanın istənilən yerində, istənilən yaş həddində, istənilən fəsildə həmişə axtarılan serial mövzusu məhz sevgi və məktəbdir. Bəs siz nece düşünürsünüz? Aşağıda təqim etdiyim siyahıda, məktəb və sevgi mövzusunda axtarılan və maraqla izlənilən ən yaxşı Koreya seriallarını sizə təqdim edirik. Düşünürəm ki, ayrı-ayrılıqda hər iki mövzü üzrə çəkilən serial maraqlı olduğu kimi, hər iki mövzunu özundə birləşdirən serial daha da, maraqlı olur. Əgər siz də, bu mövzuda maraqlı, romantik serial axtarırdınızsa bu siyahı tam sizin üçündür. Serial sevərlər üçün yay ayalarında, belə isti havalarda Koreya seriallarına baxaraq dincəlmək ən yaxşı istirahətlərdən biri hesab oluna bilər. Qeyd edim ki, Koreya serialları dünyada ən çox axtarılan serillar siyahısındadır, xüsusəndə məktəb və sevgi mövzusu haqqında. Sizə ən yaxşı izləmələr.

1-ci Who Are You: School 2015

Bu serial KBS2 kanalının 2015-ci ildə, aktrisa Kim So Hyon (Kim So-hyun), BtoB qrupunun lideri Yuk Sonq Ce (Yook Sung-jae) və hamının sevdiyi Nam Cu Hyokun (Nam Joo-hyuk)  iştirakı ilə yayımladığı, ən yaxşı seriallar siyahısına düşən serialıdır. Serialın süjet xətti iki fərqli qızdan bəhs edir. Biri məktəbin ən məşhur, əlçatmaz qızı o biri isə məktəbin ən təklənən qızıdır. Serial boyu hadisələrin necə cərayan etdiyini və qızların necə yer dəyişdirdiklərinin şahidi olacaqsınız. Aktyorların oyunu, süjet xəttinin zənginliyi, gözlənilməz hadisələr, ağlagəlməz sonluq, orginal süjet xətti sizi bu serialın hər saniyəsinə həyacanla baxmağa vadar edəcək. (Əgər siz də, bu seriala baxmısınızsa, fikirlərinizi və təəsüratlarınız bizimlə bölüşün)

 

2-ci Shining Sounds (2018)

Aktyor İ Honq Bin (Lee Hong-bin), Ahn Sol Binin (Ahn Sol Bin) iştirakı ilə 2018-ci ildə çəkilən maraqlı seriallardan biri. Serial eşitmə qusurlu oğlanın məktəbdə  hamıdan bunu gizlədə bilməsindən, bu sirrin öhdəsindən necə gəldiyindən, bununla yanaşı yaşıdları arasında məşhur olan idol qızın, qəfil baş verən qalmaqal səbəbindən peşəsinə fasilə verərək, yenidən məktəbə qayıtmağa məcbur olmasından bəhs edir. Biz, bu serialda sağlamlıq imkanları məhdud insanların dünyanı digərlərindən daha dərin görməsinin şahidi olacağıq. Hər addımda onların üzləşdiyi çətinlikləri və onlara qarşı necə mübarizə apardıqlarını görəcəyik. Onlar düşdükləri vəziyyətin mənfi tərəfləri axtarımır, tam əksinə ondan faydalanmağa çalışırlar. Bu serial bizim üçün bir örnəkdir, bir nümünədir və göstərişdir.

 

3-cü School 2017

Aktyor Kim Conq Hyon (Kim Jung Hyun), Kim Se Ceonq (Kim Se Jeong), Canq Donq Yun (Jang Dong Yoon) iştirakı ilə KBS2 kanalının 2017-ci ildə yayımladığı ən yaxşı seriallar siyahısında yer alan serialı. Serialın mövzusu real həyatda məktəblilərin üzləşdiyi problemlərdən bəhs edir. Serial boyu məktəblilərin müxtəlif probləmlərə qarşı mübarizə metodu təsvir olunur. Onların hər biri bir addım atıb önə keçməyə, böyümə çalışırlar. Əlbəətdə ki, bəzi şagirdlər bu addımı kiminsə köməyi, dəstəyi olmadan atmalı olurlar. Biz bu serialda baş verən hadisələri heç bir mübaliğə olmadan, bütün açıqlığı ilə görə biləcəyik. Serial boyu məktəb, sevgi, ailə, böyüklər və digər mövzuları özündə birləşdirən süjet xəttini izləyəcəyik. Serialın ən maraqlı tərəfi ondan ibarətdir ki, eyni problem ilə qarşılaşan fərqli münasibətləri görə bilirik. Və əlbəətdə ki, kiməsə görə qəhrəmanın yalnış elədiyi hesab olunan nəsə, kiməsə görə doğru olduğunu göstərir. Senarist bizə səhv və ya düz hər kəsə görə müxtəlif olduğunu deməyə çalışır. Serial izləyicilərə “Bəs mən öndə ola bilmək üçün nə qədər aşağı düşə bilər? Nə qədər qəddar ola bilərəm? Kimi sata bilərəm? Kimi qoruya bilərəm? Nə dərəcədə cəsarətli ola bilərəm?” kimi sualları düşündürür.

 

 

 

 

(Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Unutmayın yazılan hər bir rəy oxunulur və gələcəkdə araşırılacaq mövzular kateqoriyasına daxil edilir.)