//“Love With Flaws” serialının video tizri yayımlandı

“Love With Flaws” serialının video tizri yayımlandı

 

MBC kanalının “Love With Flaws” adlı yeni serialının video və şəkil tizrləri yayımlandı. Yayımlanan video tizirdə belə deyilir: “direktor İ, nəhayət, siz şirkətdəsiniz”, elə bu an otağa özündən razı İ Kanu adlı şirkətin direktoru daxil olur. Ona təəcüb dolu gözlər ilə baxan Ce Sonq, gözlərinə inana bilmir. Daha sonra qəhrəmanlar şam yeməyindədirlər və direktor qıza baxaraq  “mənimlə görüşə çıxa bilərsən?” sualını verir və qız “rədd ol məndən uzağa” sözlərini qışqırır. Videonun sonunda baş qəhrəman almış olduğu rədd cavabından, düşdüyü vəziyyət təsvir olunur. Serial noyabr ayının 27-də yayımlanacaq.