Sevilən aktrisa Kim So Hyon (Kim So-hyeon) şəxsi Instagram səhfəsində “Love Alarm” serialının çəkilişləri zamanı çəkilən şəkilləri pərəstişkarlar ilə bölüşüb. Netflixə aid olan “Love Alarm” serialı telefon proqramı vasitəsi ilə sevgisini tapan insanlardan bəhs edir. Belə ki, 10 metr məsafədən qarşı tərəf bəyəndiyi birinin telefonuna zəngli sevgi çağrışı göndərir. Bu proses xüsusi mobil proqramın funsiyaları sayəsində baş verir. Serialın baş qəhrəmanları sözü gedən proqram vasitəsi ilə tanış olurlar. Serialın süjet xətti sevgi, məktəb mövzusundadır. “Love Alarm” serialının baş rol qəhrəmanları aktrisa Kim So Hyon, Sonq Kanq (Song Kang), Conq Qa Ram (Jung Ga Ram), Sonq Gon Hi (Song Gun Hee), Şin Sınq Hodur (Shin Seung Ho). Serialın yayımlanması avqust ayının 22-də Netflix və tvN kanalında planlaşdırılır.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020