LM Entertainment, Kanq Danielin agentliklə olan müqaviləsini ləğv etmək istətilə bağlı açıqlama verdi.
Martın 3-ündə agentlik, idolun müqaviləni bitirmək istəyilə bağlı olan bəyanata aydınlıq gətirdi. Rəsmi bəyanata əsasən, agentlik müqaviləni bitirmək yox, şərtlərin dəyişmək istədiyini bildirib.
Agentlik, “Şirkət və sənətçi arasında bir anlaşılmazlıq var, biz bunu düzətmək və razılaşma əldə etmək üçün əlimizdən gələni edirik” deyə bildrib.
Agentlik belə söz-söhbətlərin, Kang Danielin agentlikdən ayrılmaq istəyindən sonra baş qaldırdığını dedi. Agentliin sözlərinə görə, Big Bang qrupundan Sınqri, ‘Produce 101’ proyekt qrupu Wanna One ilə birlikdə olduğu zaman, idolu, 40 yaşlarında bir Honq Konqlu bir iş qadını ilə tanış edib. Adı açıqlanmayan bu qadının, gələcək fəaliyyətlərini dəstəkləmək üçün investorlarla görüşdüyünü və buna görə də idolu agentlikdən ayrılmağa təşviq etdiyi, iddia edilir.
Bununla yanaşı, Kanq Daniel, solo debutunu aprel ayında edəcək.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020