//Lim Su Hyaqn (Lim Soo-Hyang,İ Canq Vu (Lee Jang-Woo) və Be Conq Ok (Bae Jong-Ok) yeni bir serialda birlikdə rol oynayacaq

Lim Su Hyaqn (Lim Soo-Hyang,İ Canq Vu (Lee Jang-Woo) və Be Conq Ok (Bae Jong-Ok) yeni bir serialda birlikdə rol oynayacaq

Lim Su Hyanq (Lim Soo-Hyang), İ Canq Vu (Lee Jang-Woo) və Be Conq Ok (Bae Jong-Ok) MBN-nin “Graceful Family” adlı yeni serialında baş rolları paylaşacaq.

Serial 15 il əvvəl cinayətə qurban gedən anasının ölümünü araşdıran Mo Sok He və ona bu tədqiqatda kömək edən vəkil Ho Yun Donun ətrafında baş verir.

Lim Su Hyanq serialda varlı bir ailəsi olan Mo Sok He obrazını canlandıracaq. Atası, böyük bir şirkət olan “MC Group”un sahibidir və ailəsinin tək uşağıdır. Təkəbbürlü biri kimi görünməsinə baxmayaraq anasının ölümü haqqındakı həqiqətləri ortaya çıxarmağa çalışır.

İ Canq Vu bir vəkil olan Ho Yun Do obrazını canlandıracaq. Bir ofisi belə yoxdur. Kiçik bir məhəllədəki bir restoranı ofisi kimi istifadə edir və bu məhəllədəki sakinlərin kiçik problemlərini həll edir. Bir gün, “MC Group”un tərkibindəki “The TOP” adlı bir hüquq firmasına girmə şansı əldə edir.

Be Conq Ok “The TOP” adlı hüquq firmasının prezidenti olan Han Ce Kuk obrazını canlandıracaq. “The TOP” komanda olaraq “MC Group”un qeyri-qanuni əməllərini ört-basdır etməklə vəzifəlidir.

Serialın rejissor kreslosunda “My Little Baby” və “Can Lav Become Money” seriallarının rejissoru Han Çul Su oturur. Serialın ssenaristliyini “The Blade and Petal” serialını qələmə alan Kvon Min Su edir.

Serial bu ilin avqust ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan