//Lim Su Conq (Lim Soo-Jung) və Canq Ki Yonqun (Jang Ki-Yong) rol aldığı “Search: www” serialının ilk fraqmanları yayımlandı

Lim Su Conq (Lim Soo-Jung) və Canq Ki Yonqun (Jang Ki-Yong) rol aldığı “Search: www” serialının ilk fraqmanları yayımlandı

Əsas heyətində, Lim Su Conq (Lim Soo-Jung), Canq Ki Yonq (Jang Ki-Yong), İ Da He (Lee Da-Hee) və Con Hye Cinin (Jeon Hye-Jin) rol aldığı, tvN-nin “Search: Www” adlı serialın dörd xarakter fraqmenti yayımlandı.

Serial, cinsiyyət ayrı-seçkiliyi ilə mübarizə edən, uğurlu bir iş həyatına sahib olmağa çalışan və buna görə də evlənməkdən və ana olmaqdan imtina edən qadınlara həsr olunub.

Hər xarakter fraqmenti bu sözlər ilə başlayır: “Gündəlik həyatımıza, axtarışlarla başlayırıq və axtarışlarla bitiririk”.

Lim Su Jonq serialda IT sahəsində çalışan Bə Ta Mı obrazını canlandırır. 30 yaşının sonundadır. Qazanmağı sevir. Onun, obraz fraqmentində bu sözlər yazılıb; “İşə can yandıran adam olmağın əlamətləri, iş, kömək edənlər, uğur”.

Canq Ki Yonq serialda 20 yaşındakı istedadlı bir bəstəkar olan Park Mo Qon obrazını canlandırır. Video oyunları üçün musiqi bəstələyən bir şirkətin CEO-sudur və eyni zamanda özüdə video oyunları üçün musiqi bəstələyir. Onun, obraz fraqmentidə bu sözlər yazılıb; “Birtərəfli məhəbbət”, birinin marağını itirmək üçün nə etmək lazımdır.

İ Da He serialda Be Ta-Minin işlədiyi şirkətə rəqibi olan şirkətdə idarəçilik edən Ça Hyon obrazını canlandırır. Tez əsəbiləşəndir və qədim bir cüdo idmançısıdır. Onun, obraz fraqmentində bu sözlər yazılıb; “Qəzəblə bağlı problemlər”, “Populyar plot-twist serialları”.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan