//Lim Han Byol(Lim Han Byul) və EXO-dan Çen(Chen)-in yeni mahnılarının tizrı yayımlandı

Lim Han Byol(Lim Han Byul) və EXO-dan Çen(Chen)-in yeni mahnılarının tizrı yayımlandı

Lim Han Byol(Lim Han Byul) və EXO-dan Çen(Chen)-in birlikdə çıxardığı yeni mahnıları “May We Bye”-ın tizrı yayımlandı.

May ayının 10-u Lim Han Byol özü tərəfindən bəstələnən “May We Bye” adlı ifasının səs tizrını paylaşıb. Mahnı müğənninin 3 ayrı hissədən ibarət olan musiqi seriyasının ən sonuncusudur.

EXO qrupundan Çen ilə birlikdə səsləndirdiyi mahnıda hər iki müğənni də güclü vokala sahib olduqlarını təsdiqləyib.

”May We Bye” may ayının 13-ü saat 6-da yayımlanacaq.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova