//Li Min-ki (Lee Min-ki) yeni serialda

Li Min-ki (Lee Min-ki) yeni serialda

 

Aktyor, müğənni, model Li Min-kiyə (Lee Min-ki) yeni serialda rol oynamaq təklifi gəlib. Mart ayının 15-də aktyorun agentliyi tərəfindən verilən xəbərlərdə belə deyilir “Li Min-kiyə (Lee Min-ki)  OSN kanalının yeni proyekti olan “Everyone’s Lies” adlı serialında oynamaq təklifi gəlib. Aktiyor hələ ki, qəti qərara gəlməyib.” Serialın 2019-cu ilin ikinci yarısında çəkiləcəyi planlaşdırılır.

“Everyone’s Lies” serialı, özundən sonra heç bir iz qoymadan yoxa çıxan, kişinin həyat yoldaşından və bu qəribə hadisəni araşdıraraq, həqiqətə çatmağa çalışan detektivdən bəhs edəcək.

Serialın rejissoru Li Yun Cunqdur (Lee Yoon Jung). Rejissor daha əvvəl “Cheese in the Trap”, “Heart to heart” serialları ilə məşhurdur.

 

TAGS: