//İ Cun Gi (Lee Joon-gi), “The Star” jurnalında

İ Cun Gi (Lee Joon-gi), “The Star” jurnalında

 

“The Star” jurnalının 6-cı il dönümü münasibəti ilə aktyor İ Cun Gi (Lee Joon-gi) Taylandda fotosessiya çəkilişlərinə qatılıb. Çəkilişlər Chiang Rai və Banqkok şəhərlərində baş tutub. Sevimli aktyor jurnala müsahibə verərək, Tayland səfərindən, gələcək planlarından və sosial şəbəkələrdən bəhs edib. O, deyib “Tayski pərəstişkarlarıma mən çox minnətdaram. Fotosessiyada təhlükəli vəziyyət yaratmadan, məni dəstəklədikləri üçün. Belə mədəni insanların ətrafında olmaq mənə çox xoş oldu.  Gələcəkdə bura geri qayıtmaq çox istərdim.  Xüsusəndə səyahət edib və müalicə proseslərindən keçimək üçün.

 

Bu yaxınlarda aktyor Asia Tour Delight səfərini tamamlayıb. Səfər çərçivəsində o, 5 ölkə 6 şəhərdə olub. Bu haqda o, belə deyib ” Mən bu səfəri sadəcə pərəstişkarlar ilə görüş kimi qəbul etmirəm. Bu sonsuz prosesdir. Sevgi ilə ahətə olunan insan toplumunda idim və yaşanan hər anın dadını çıxartmağa çalışırdım.  Bu fürsəti mənə verdiynizə görə mən sizə minnətdaram” sonra o, qeyd edib ki, ” İnstagramda mən bacardığım qədər aktivlik göstərməyə çalışıram.  Belə ki, həyatımın hər anını məni sevənlərlə bölüşmək ürəyimdən gəlir. Videoları şəxsən özüm çəkirəm, burada qeyri-adi bir şey yoxdur. Gündəlik həyatımdan olan bəzi şeyləri bölüşmək mənədə xoş olur. Təbii ki, bu məni sevənlər üçündür. Bilirəm ki, hər gün məndən yeni şəkil, video gözləyən pərəstişkarlarım var, çünki onlar üçün mən çox marağlıyam. Mənim pərəstişkarlarım məndən daha çox video və ya şəkil gözlədiklərini bilirəm. Amma hesab edirəm ki mən yetəri qədər aktivlik göstərirəm, bu qədəri kifayətdir.”

 

 

Sonda İi Cun Gi (Lee Joon-gi) gələcək planlarından və arzularından bəhs edib. O, deyib ” Keçən payız mən fasiləsiz olaraq çalışdım, işlədim. Mən həmişə fikirləşmişəm ki, il ərzində sadəcə bir proyektdə iştirak edim. Mənə verilən fürsətlər və bir çox şeylər üçün zamana minnətdaram.”