//Li Conq Ce və Şin Min A yeni serialda

Li Conq Ce və Şin Min A yeni serialda

Li Conq Ce və Şin Min A JTBC-nin “Aide” adlı yeni serialında başrol xarakterləri canlandıracaqlar.

Serial, Milli Məclisin arxa planında yaşanan hadisələrdən bəhs edir.

Li Conq Ce serialda sədr müavini olan Canq Te Con rolunu oynayacaq. O, bir xəfiyyə idi. Ancaq o, daha çox güc qazanmaq üçün Milli Məclisdə işə başlamışdı və beləliklə də dörd dəfə seçilən deputatın üst mövqeyinə yüksəldi. Mükəmməl hisslərinə, soyuqqanlı qətiyyətinə və qazanmaq arzusuna görə, parlament nümayəndəsindən partiyanın nümayəndəsi olmağı bacardı. Ancaq Te Con üçün bu kifayət deyildir.

Bu serial, Li Conq Ce-nin 10 il aradan sonra rol alacağı ilk serialdı.

Şin Min A serialda bir millət vəkili olan Kanq Sun Yonq xarakterini canlandıracaq. Bir il işləmiş və mütənasib təmsil sistemi ilə seçilərək millət vəkili olmuşdur. Eyni zamanda partiyanın üzvüdür.  İlk peşəsi hüquqşünasdır və millət vəkili olmadan əvvəl cari hadisələri müzakirə etmək üçün televiziya proqramında aparıcılıq ilə məşğul olurdu.Vəzifəsini haqqı ilə yerinə yetirən biridir. Canq Te Con-un köməklik etdiyi bir vəkil ilə rəqibdir və ayrıca Canq Te Con ilə münasibətləri var.

Serialın rejissoru “Ms. Hammurabi”, “The K2” ve “Local Hero” serialların rejissoru olan Kvak Conq Hvan-dır. Serialın ssenaristi isə “Life on Mars” ve “Let’s Fight Ghost” seriallarını qələmə alan  Li De-dir.

İlk seriyasının may ayında nümayiş olunması planlaşdırılır.