Əsas heyətində İ Donq Qon, Con Hye Bin, Kim Kvon, Kim Se Ron və Yo Hoi Hyonun yer aldığı, TV Chosunun “Leverage” adlı yeni serialının 5 dəqiqə 13 saniyəlik uzun fraqmenti yayımlandı.
Serial, zəngin cinayətkarlardan oğurladıqları pulu həqiqi təqsirsizlərə verən beş nəfərlik bir komandanın ətrafında fırlanır.
İ Donq Qon serialda komandanın lideri olan İ Te Cun obrazını canlandırır. Əvvəllər işində olduqca istedadlı olan sığorta dələduzluğu bölümündə çalışan bir tədqiqatçı olmuşdur. Gözlənilməz bir hadisə nəticəsində həyatı tamamilə dəyişir. İşindən istefa edir və ədaləti təmin etmək üçün bir vaxtlar yaxaladığı ölkənin ən yaxşı fırıldaqçılarından ibarət bir komanda qurur.
Serial, Amerika istehsalı və 2008-2012 illəri arasında yayımlanan “Leverage” adlı bir serialan ilhamlanmışdır.
Serialının ilk bölümü oktyabrın 13-də yayımlanacaq.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020