//“Less than Evil” serialının yeni bir fraqmenti yayımlandı

“Less than Evil” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Shin Ha-Kyun, Lee Seol, Park Ho-San, “B1A4” qrupundan Baro və Kim Gun-Woo`nun yer aldığı “Less than Evil” serialının ilk iki afişa və ilk fraqmenti yayımlandı.

Serial, özünü aldığı iddiaları həll etməyə həsr etmiş bir detektivin (Shin Ha-Kyun) ətrafında dönür. Bir gün, bir iş üzərində çalışarkən dəli bir qadın (Lee Seol) ilə yolları kəsişir. Ancaq qadını dəlil çatışmazlığından dolayı həbs edə bilmir. Daha sonra, qadın ona işləri həll etməkdə yardımçı olmağa başlayır. Həmçinin serial, 2010 istehsalı, İngilis kanalı BBC-nin “Luther” serialından uyğunlaşdırılmışdır.

Bundan başqa, serialın ilk iki seriyasına 19+ yaş həddi qoyulub.

Serialın rejissor kreslosunda “Hotel King” və “Golden Pouch” seriallarının rejissoru Kim Dae-Jin oturur.

Serialın ilk seriyasının 3 Dekabrda yayımlanması planlaşdırılır.(guneykoresinemasi)

Ləman Həşimli
Latest posts by Ləman Həşimli (see all)