//İ Te Hvan yeni bir mini serialda rol alacaq

İ Te Hvan yeni bir mini serialda rol alacaq

Lee Tae-Hwan, SBS`in “Farming Academy” adlı yeni mini serialında baş rol obrazı canlandıracaq.

“Farming Academy”, SBS`in mobil platforması olan Mobidic tərəfindən hazırlanacaq və ümumilikdə 4 seriyadan ibarət olacaq. Serial, peşəkar fermer olmağı xəyal edən bir qrup gəncin xəyallarını, dostluqlarını və arzularını əhatə edəcək

Lee Tae-Hwan serialda bir akademiyanın “Ərzaq və Kənd Təsərrüfatı” fakultəsində birinci kurs tələbəsi olan Ha Joo-Suk obrazını canlandıracaq. Açıq sözlü olduğu üçün bəzən insanlar tərəfindən yanlış başa düşülsə də, əslində insanları yaxşı müşahidə edən və insanlara qarşı düşüncəli davranan isti ürəkli biridir.

Bundan başqa, serialda Lee Min-Ji və “A Pink” qrupundan Yoon Bo-Mi də rol alacaq.

Lee Min-Ji serialda Ha Joo-Suk`un (Lee Tae-Hwan) sinif yoldaşı olan Shin Yoo-Jin obrazını canlandıracaq. O, ağıllı və analizdə olduqca yaxşı biridir. Kiçikliyindən bəri bir fermer olmağı xəyal edir. Le Min-Ji ən son tvN-in “100 Days My Prince” serialında Hong-Sim`in (Nam Ji-Hyun) ən yaxın dostu olan Kkeut-Nyeo obrazını canlandırmışdı.

Serialın ilk seriyasının 2019-ci ilin ikinci yarısında SBS və SBSİin mobil platformasında yayımlanması planlaşdırılır.(guneykoresinemasi)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)