//İ Sın Qi( Lee Seung-gi) və Suzinin yer aldığı “Vagabond” serialının ilk fraqmenti yayımlandı

İ Sın Qi( Lee Seung-gi) və Suzinin yer aldığı “Vagabond” serialının ilk fraqmenti yayımlandı

SBS’in “Vagabond” adlı yeni serialının ilk fraqmenti yayımlandı.

Serial sirli bir təyyarə qəzası istintaqına qarışdıqdan sonra ölkədə korrupsiya ilə əlaqədar məlumat toplamaq başlayan bir adamın (Lee Seung-Gi) ətrafında dönür.Lee Seung-Gi, serialda dublyor olan Cha Gun’ın xarakterini oynayır. Suzy serialda Milli Kəşfiyyat Xidmətinin bir agenti olan Go Hae-Ri xarakterini canlandırmaqdadır.

Suzy və  Lee Seung-Gi, daha əvvəl , 2013-cü ildə  “Gu Family Book” serialında birlikdə rol almışdılar.

Yayımlanan fraqmentdə , serialın Mərakeşdə çəkilən hissələri yer alır .

Serialın rejissoru “Romantic Doctor, Teacher Kim”, “Mrs. Cop” , “You’re All Surrounded” və “Giant” serialların çəkən  Yu In-Sik edir. Ssenaristliyin isə  “Monster”, “Empress Ki” və “Giant” serialların yazan  Jang Young-Cheol və Jung Kyung-Soon edir.

Serialın beynəlxalq yayılmasından da məsul olan Sony Pictures sirkəti  eyni zamanda, Koreyada, ABŞ-da və Yaponiyada seriyalın yayımlanmasın təmin edəcək.

Serialın ilk bölümü may ayında yayımlanacaq.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər