//Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında

Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında

Lee Jun Ki Çin moda jurnalı ‘WAVES 漫 潮’-in yanvar sayındakı örtük şəkli ilə diqqətləri üzərinə cəlb edib.

Keçən il oynadığı ‘Flower of Evil’ serialında aktyorluğu və vizualı ilə izləyiciləri heyran qoyan Lee Jun Ki iki illik fasilədən sonra belə Koreya sərhədlərindən uzaqda  Asya, Avropa və ABŞ-da   məşhurluğunu itirmədiyini sübut etdi. Bu səbəblə də 2021-ci ildə Çinin moda jurnalının örtük şəklində yer alması xəbəri qlobal fanların da diqqətini çəkdi və bu ilki Koreya Dalğasına olan gözləntilərin artmasına səbəb oldu.

‘WAVES 漫 潮’ jurnalının yanvar sayında Jun Kinin şəkilləri ilə yanaşı xüsusi müsahibəsi də yer alır. Müsahibədə öz aktyorluğu üzərində davamlı olaraq çalışdığı və ən yaxşısı olmağa səy göstərdiyi ilə bağlı açıqlamaları var.

Bir aktyor olaraq ən vacib şeyin nə olduğu sualı verildikdə Jun Ki, “insanlar” -deyə cavab verib.

 

TAGS:
Elmina Səfərova