//İ Ha Na (Lee Ha Na) “Voice” serialının 3-cü mövsümündə yer alacaq

İ Ha Na (Lee Ha Na) “Voice” serialının 3-cü mövsümündə yer alacaq

OCN-in məşhur serialı “Voice”, 3-cü mövsümü ilə geri qayıdır.

15 yanvarda, serialdan bir mənbə, İ Ha Nanın (Lee Ha-Na) “Voice” serialının 3-cü mövsümündə iştirak edəcəyini təsdiqləyib. Bundan başqa, İ Cin Vuka (Lee Jin-Wook) da serialda yer alması üçün təklif apardıqlarını bildirdi.

“Voice” serialı, 112 təcili çağırış mərkəzi əməkdaşlarının ətrafında cərəyan edir. Bir cinayətin baş verməsindən sonrakı “golden time” (qızıl zaman) içərisində, 112 təcili çağırış mərkəzi əməkdaşları qurbanları xilas etməyə çalışır.

Serialın 1-ci mövsümü 2017-ci ildə və 2-ci mövsümü isə ötən il yayımlanmışdı. Serialın 3-cü mövsümünün olacağı ötən ilin sentyabr ayında təsdiq olunmuşdu.

İ Ha Na serialın hər iki mövsümündə, “Voice” və “Voice 2″da yer almışdı və 112 təcili çağırış mərkəzində işləyən Kanq Kvon Cu (Kang Kwon Joo) obrazını canlandırmışdı. Onun obrazı normal bir insanın eşitməyəcəyi qədər zəif səsləri eşidir.

İ Cin Vuk isə serialın 2-ci mövsümündə, bir detektiv olan Do Qanq Vu (Do Gang-Woo) obrazını canlandırmışdı.

Serialın ssenari müəllifii, serialın ilk iki mövsümünü də qələmə alan Ma Cin Von (Ma Jin-Won)dur.

Serialın ilk seriaysının may ayında yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)