//İ Donq Vuk və Yu İn Na (Lee Dong-Wook Yoo In-Na) yenidən birlikdə…

İ Donq Vuk və Yu İn Na (Lee Dong-Wook Yoo In-Na) yenidən birlikdə…

“Goblin” serialının sevilən cütlüyü, Lee Dong-Wook və Yoo In-Na, tvN`in “Reach of Sincerity” (“Touch Your Heart”) adlı yeni serialında baş rol obrazları canlandıracaqlar.

Serial, bir vəkil olan Kwon Jung-Rok ilə məşhur bir qadın aktrisa olan Ah Yeon-Soonun arasındakı romantik hekayədən bəhs edəcək. Üçüncü nəsil bir chaebol ilə adı qalmaqala qarışandan sonra Yeon-Soonun həyatı dibə vurmağa başlayır. Bu səbəbdən, məşhur bir ssenaristin serialında yer almaq üçün bir vəkilin katibəliyini etmək məcburiyyətində qalır. Bu arada serial, eyni adı daşıyan və koreyalı yazar Jager tərəfindən qələmə alınan bir web romandan uyğunlaşdırılmışdır.

Lee Dong-Wook serialda bir hüquq firmasında vəkillik edən Kwon Jung-Rok obrazını canlandıracaq. Tündxasiyyət, təkəbbürlü və soyuq ürəkli biridir. Öhdəsinə götürdüyü iddiaları hər zaman qazandığı üçün, tərəfdaşlarının etibarını qazanmışdır. Bir gün müdiri ondan Ah Yeon-Soonun onun yanında katibə olaraq 6 ay işləməsinə icazə verməsini istəyir. Vəziyyətdən narazı olmasına baxmayaraq, müdiri istədiyi üçün qəbul etmək məcburiyyətində qalır.

Lee Dong-Wook və Yoo In-na bundan iki il əvvəl “Goblin” serialında birlikdə rol almışdı.

“Reach of Sincerity” serialının rejissor kreslosunda “Lets Eat”, “Lets Eat 2”, “Lets Fight Ghost”, “Because This Is My First Life” və “Whats Wrong with Secretary Kim” seriallarının rejissoru Park Joon-Hwa oturur.

Serialın ilk seriyasının gələn ilin Yanvar ayında yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)