//Kvak Donq Yon (Kwak Dong Yeon) “No Second Chance” serialında baş rol qəhrəmanı

Kvak Donq Yon (Kwak Dong Yeon) “No Second Chance” serialında baş rol qəhrəmanı

 

MBC kanalının noyabr ayında yayımlanacaq olan yeni serialının baş rol qəhrəmanı artıq dəqiqləşdi. Serial ikinci şansı qazanmaq uğrunda ölüm qalım mübarizəsi aparan “Paradise Inn” adlı oteldən və onun işçilərindən bəhs edir. Serialın baş rol qəhərmanı Heccun (Kvak Donq Yon) hər bir sahədə mükəmməl ola bilir. Onun bu həyatda əsas məqsədi nəyin bahasına olur olsun bu otelə yenidən həyat verə bilməkdir. O, beş ulduzlu otelin varisi, soyuqanlı idarəçidir. Serial romantik, komediya janrında çəkiləcək. Serialın video və şəkil tizrlərini görmək üçün bizi izləməyə davam edin.