//Ku Hye Sun İG üzərindən olanlarla bağlı açıqlama verib

Ku Hye Sun İG üzərindən olanlarla bağlı açıqlama verib

Ku Hye Sun İG üzərindən açıqlama verib.

Ku Jye Sun : “Bunu Ahn Jae Hyun mesajını gördükdən sonra yazıram. Boşanma zamanı edilən xeyriyyəni istəməyimi izah etmək istəyirəm. Toy etmək əvəzinə pul bağışladıq və bütün ianəni özüm ödədim. Buna görə yarısını geri istədim. Hal-hazırda Ahn Jae Hyun yaşadığı evin daxili dekorasiyasına da pul ödədim və bütün ev işlərini icra etdiyim üçün, üç illik ev işləri üçün gündə təxminən 25 dollar ödədim.
İtlərimdən biri öldüyü üçün əvvəlcə depresiyaya düşdüm və həyat yoldaşımı keçmiş psixoloquma göndərən də mən idim. Yoldaşım yavaş-yavaş sağalarkən spirtli içki istifadə etməyə başladı. Sərxoş olanda telefonda danışdığı qadınları öz gözlərimlə gördüm, onları öz qulaqlarımla eşitdim. Anlaşılmazlıq ola bilər,bunu etmə dedim,amma,tək etdiyimiz buna görə dava etmək idi və aralarında olan şəxsi söhbətlər heç bilmədiyim şeylərə çevrildi.
Həyat yoldaşım ad günündə mal əti və turp şorbası yemək istədiyini söylədi. Səhər tezdən düzəltdim, amma o, bir neçə qaşıq götürdü və bir daha yemədi. Sonra onun digər dostları ilə bir ad günü məclisinə getdiyini gördüm və ürəyinin bu evlilikdə olmadığını başa düşdüm. Buna baxmayaraq, Ahn Jae Hyunun anasını doğduğu üçün minnətdar oldum və anasının kondisionerinin olmadığını bildikdə kondisionerini aldım və soyuducu və paltaryuyan maşın aldım.
Ahn Jae Hyunun öz evinə köçməsi, ayrıldığımız üçün deyildi, ancaq aktyorluğuna diqqət yetirmək istədiyini söylədikdə, mən evi ayırmağa icazə verdim. Buna görə sənin evinə girməyə haqqım var idi. Ahn Jae Hyun biz ayrılmamışdan əvvəl də evdə çox vaxt keçirməzdi. ona görə də dedim ki, əgər belə yaşayacaqsam, evi ver. Boşansaq evi verərəm dedi və razılaşdım.O gündən sonra həmişə boşanma haqqında danışırdı.”Mən nə səhv etdim?” deyə soruşduqda,o mənə seksi olmadığımı söylədi.Həyat yoldaşım davamlı mənə “Sinən heç seksi olmadığı üçün, nə olursa olsun səni boşamaq isdəyirəm deyirdi”. Birlikdə yaşadığımız zaman yoldaşım bəzən yatmamışdan qabaq YouTubeda “evlilik həyatı yavaş olan kişilər haqqında” videolara yüksək səslə qulaq asırdı. Mən o evdə bir ruh kimi idim. Bir vaxtlar çox sevdiyin qadın zombi oldu.İndidə elədir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova