//Ku Hye Son(Ku Hye Sun), Canq Ca Yonun(Jang Ja Yeon) xatirəsinə instaqramda yazı yazdı

Ku Hye Son(Ku Hye Sun), Canq Ca Yonun(Jang Ja Yeon) xatirəsinə instaqramda yazı yazdı

17 martda Ku Hye SonCanq Ca Yonun xatirəsinə həsr olunmuş yazı yazdı.

Yazıda KBS-nin “Boys Over Flowers” adlı köhnə serialından öz obrazının şəklini paylaşdı. Obrazın arxasında, Quk ji Yon, Min Yonq Von və Canq Ca Yon görünür.

Ku Hye Son :

“Mənə əllərim üçün isti paketlər verən unni. Unni ilə tək bir şəkilim olmadığı üçün peşmanam. Cənnətdə huzur içində yat. Sən gözəl bir ruhsan.”

Canq Ca Yon, serialda 3 pis qızdan biri olan Sunny obrazını, Ku Hye Son isə baş rol olan Kım Can Di obrazını canlandırmışdı.

Canq Ca Yon, 2009-cu ilin mart ayında intihar etdi və iş dünyası və media aləmində cinsi istismara məruz qaldığı haqqında məktub yazdı. O vaxtlar ölümü ilə bağlı istintaqda məktubdakı adlar ictimaiyyətə açıqlanmadı və sadəcə 2 nəfər : agentliyin CEO-su və müdiri həbs olundu. 2018-ci ildə Canq Ca Yonun peşə dostu Yun Ci O şahidlik etdi və hadisəyə işıq ucu tutdu. İstintaqın yenidən başlaması üçün hökümətə sənəd təqdim edildi.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova