Aktrisa Ku Hye Son (Koo Hye-seon) şəxsi Instagram səhfəsində şou biznes aləmindən gedəcəyi haqqında yazı paylaşıb. Paylaşılan yazıda belə deyilir: “Salam, mən Ku Hye Son (Koo Hye-seon). Bu yazı “I’m Your Companion Animal” adlı yeni kitabımın yayımlanmasından əvvəl sonuncu dəfə olacaq olan salamlaşmamdır. Mənə ayırdığınız zamana, verdiyiniz sevgiyə görə hamınıza təşəkkür edirəm. Məhz, sizin sayənizdə mən öz arzularımı reallaşdıra bildim. Daim xoşbəxt və sağlam olun. Sizi sevirəm”. Xatırladaq ki, son vaxtlar aktrisa boşanmaq ərizəsi ilə məhkəməyə müraciət edən həyat yoldaşı aktyor An Ce Hyon (Ahn Jae Hyun) ilə bağlı qalmaqalla gündəmə gəlib. Aktrisa həyat yoldaşının ona xəyanət etdiyini daha sonra ondan ayrılmamaq üçün müxtəlif bəhanələr ilə hamının fikrini bir-birinə qarışdırıb. Nəhayət, bütün bu olanlardan yorulan aktrisa hər şeydən və hər kəsdən uzaqlaşacağını bəyan edib. Paylaşılan yazı bütün sevənlərini kədərləndirib.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020