//Aktrisa Ryu Von (Ryu Won) Hollywood filmində rol oynadı

Aktrisa Ryu Von (Ryu Won) Hollywood filmində rol oynadı

 

JYP Entertainment agentliyi tərəfindən verilən məlumatlarda, aktrisa Ryu Vonun (Ryu Won) Hollywoodun “Peel” adlı filmində baş rol oynadığı deyilir. Qeyd edək ki, Sony Picturesə aid olan filmdə aktrisanın rol həmkarı amerikanlı aktyor Emile Hirsch olub. Aktrisa filmdə, nənəsi ilə birgə yaşayan, koreya əsilli amerikanlı qızın rolunu oynayıb. Film bu ilin fevral ayında, Amerikanın Alabama şəhərində çəkilib. Filmin 34-cu, Santa Barbara kino festivalında yayımlanması planlaşdırılır. Aktrisa Ryu Von (Ryu Won) ingilis dilində mükəmməl danışır. Belə ki, o, 8 il Ameriakda yaşayıb. JYP Entertainment agentliyi sayəsində rol almağı bacaran aktrisa daha əvvəl “Uncontrollably Fond”, “Missing 9” kimi seriallarda, eləcədə “Take You Home”, “Going Going”, “We Did Our Best” kimi kliplərdə rol oynayıb. İstedadlı aktrisanı bu ilin sentyabr ayında, məşhur aktyorlar İ Sınq Qi (Lee Seung-gi), Suzi (Bae Suzy) və Şin Sonq Rokun (Shin Sung-rok) rol oynadığı “Vagabond” serialında, Mikki obrazında görəcəyik.

 

TAGS: