//Koreyanın milli geyimləri

Koreyanın milli geyimləri

Koreyanın milli geyimi olan Hanbokun növləri və modelləri müxtəlifdi. Bu gün də Koreya xalqı bayramlarda,toylarda, yas mərasimlərində Hanbokdan istifadə edir. Adətən Hanboku yaşlı nəsil geyinir.

Hanbok geyimləri qışda fərqli yayda fərqli parçalardan tikilir. Qadınların geyimi Çimo ətəyindən və Çogori adlanan üst hissədən ibarətdir. Ən çox ağ rəng geyinilir amma digər rənglərdən və naxışlardanda istifadə olunur.

Kişilər isə Baji adı verilən şalvardan və ağ gödəkcə və ya uzun jaketdən ibarət Hanbok geyinirlər.Kişilər qadınlara nisbətən daha rəngsiz Hanboklar geyinsələrdə Kral hakimmiyəti zamanındaki kişilər qadınlar kimi daha canlı rənglərdən və naxışlardan istifadə etmişlər.

Hər iki paltarın üzərinə Turumagi deyilən oxşar parçadan hazırlanmış uzun bir jaket geyinilə bilər.

 

 Myonqol Hanbok (Ailələrin toplu şəkildə geyindiyi Hanbok növü)

Bizim bayramlarda yeni paltarlar geyinib ailəməizin qarşısına çıxdığımız kimi Koreyalılarda xüsusi günlərdə bütün ailə Hanbok geyinərək ailə böyüklərini salamlayır.

 

DOL HANBOK ( uşaqların geyindiyi Hanbok növü)

Koreyada uşaqların 1 yaşı tamam olanda valideyinləri onlara Dol Hanbok geyindirir.

 

HOLYEBOK HANBOK (toylarda geyinilən Hanbok növü)

Bu günkü günümüzdə də Koreyada bəy və gəlin toy mərasimlərində ilk öncə Hanbok geyinir. Bu paltarda şəkil çəkdirdikdən sonra gəlinlik və bəylikərini geyinirlər. Bu adəti bütün xalq yerinə yetirir, tanınmış insanlarda buna daxildir.

 

Senqhval Hanbok (günlük geyinilən Hanbok növü)
Hanbokun günlük istifadəsi üçün sadələşdırilmış formasıdır. Bir çox insan həm milli gözelliyə sahib həm də modernin sadəliyə sahib geyimlər geyinmək istəyirlər. Buna görədə modern versiyaları hazırlanmışdır.

 

Əvvəlki dövrlərdə Kral və ailə üzvləri üzərində əjdaha naxışları olan Hanbokları geyiniblər. Bu geyimləri başqa birinin geyinməsi dövlətə xəyanət etməsi demək idi və ağır şəkildə cəzalandırılırdı. Adətən Kral qırmızı, vəliəhd şahzadə isə mavi rəngli Hanbokdan istifadə ediblər.

 

Hoegabyeon Hanbok (yaşlıların geyindiyi Hanbok növü)
61 yaşına girən kişi və ya qadın Hanbok geyinərək özəl günlərini keçirər. Özlərinə uzun ömür arzulayarlar.

Behbudzadə Aydan
Latest posts by Behbudzadə Aydan (see all)