//Koreyanın ilk qadın hökmdarı kimdir?

Koreyanın ilk qadın hökmdarı kimdir?

Koreyanın ilk qadın hökmdarı Kraliça Son Don Yahvanq (선덕여왕) (Seon Deok) olmuşdur. Koreya yarımadasının cənubunda yerləşən Şilla krallığının 27-ci hökmdarı və dövləti idarə edən ilk qadın olmuşdur. Miladdan sonra 632-647-illərdə dövlətə hökm etmişdir.

Kraliça Son Don Yahvanq kraliça olmazdan əvvəl “Dok Man” adı ilə tanınır. Ondan öncəki kral Cinqpyonqun (Jingpyeong) oğlu olmadığı üçün Son Don Yahvanqı özünə varis seçir. Qadının hakimiyyətdə olmağı həmin dövr Şilla xalqı üçün qeyri-adı bir vəziyyət hesab olunmurdu çünki Şillalılar qadınlarin və kişilərin bərabər olaraq qəbul etmiş və qadınlara çətin vəzifələr vermişlər hətta qadınlar ailə rəisi belə olurmuşlar. Son Don Yahvanq hakimiyyətdə olduğu müddətcə bacısı oğlu ilə bir neçə dəfə taxt üçün mübarizə aparmışdır

Son Don Yahvanq Şilla tarixindəki 3 qadın kraliçadan ilki idi. Hökm etdiyi illərdə ölkəyə əmin-amanliq gətirmiş, ölkənin bütövlüyünü qorumuş, Bekçəylə daxili mübarizə aparmiş orada baş verən üsyanları yatırmış, Çinlə əlaqələri genişləndirmiş, Çinə oxumaq üçün çoxlu sayda tələbə göndərmişdir.

Atası kimi Son Don Yahvanqda buddist idi. Onun dövründə çoxlu sayda məbədlər tikilmişdir. Hvanqnyonqsa,Bunhvanqsa, Osam, Sanqvonsa, Yeonqmyosa, Tonqdosa, Wolconqsa, Bekdamsa, Maqoksa kimi məbədlər həmin dövrün gözəl nümunəsi hesab olunur.

Son Don Yahvanq 3 dəfə evlənmişdir. Onun 2 oğlu və 3qızı olmuşdur.

Qeyd edək ki, 2009-cu ildə Seon Deokla bağlı serial çəkilmişdir.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan