//Koreyanı, muzeyləri ziyarət edərək öyrənək

Koreyanı, muzeyləri ziyarət edərək öyrənək

Koreyada 22 milli və fərqli mövzulara əsaslanan çox sayda xüsusi muzeylər vardır. Milli muzeylərdə Koreyanın beş min illik tarixinə şahidlik edən, zamana qarşı dayanan əsərlər sərgilənir. Koreya muzeylərini ziyarət etmək sizə Koreya tarixi və mədəniyyəti haqqında daha geniş məlumat almaq  kömək edəcək. Bu sayımızda Koreyada  yerləşən əsas və maraqlı muzeylər haqqında məlumat verəcəyik.

1.Koreya Milli Muzeyi – 국립중앙박물관

Quqlib Junqanq Banmulqvan. Cənubi Koreyanın tarix və sənət muzeyi olan Koreya Milli Muzeyi 1945-ci ildə yaradılmışdır. Koreya Milli Muzeyi paleolit dövründən tunc dövrünə qədər, imperatordan müasir dövrə qədər tarixi əks etdirən, gözəl bir səfər üçün ziyarət edə biləcəyiniz ən gözəl yerlərdən biridir.Muzey üç mərtəbədən ibarətdir. Simvolik olaraq muzeyin sol tərəfi keçmişi, sağ tərəf isə indi və  gələcəyi təmsil edir. 1-ci mərtəbədə eramızdan əvvəlki dövrlərə, antik əsərlərə, 2-ci mərtəbədə tarixi şəkil qalereyasına, gözəl yazı nümunələrinə, 3-cü mərtəbədə heykəltəraşlıq əsərlərinə və əl sənətlərinə baxa bilərsiniz.

Asiyanın ən böyük muzeyi adını alan bu muzey dünyada 6-cı yeri tutur.

Koreyanın bu ən böyük muzeyi təkcə Koreya mədəniyyətinə aid əsərlərinə deyil, Asiyanın hər yerindən gələn sənət əsərlərinə də ev sahibliyi edir.

Eyni zamanda, bu muzey 1945-ci ildə Koreyanın müstəqilliyini miras aldığı üçün, Koreyanın tarixini saxtalaşdırmağın qarşısını almaqda böyük rola malikdir. Muzey ilk üç gündə 100 min ziyarətçini qəbul edib və G20 zirvəsində birinci xanımın ziyarət etdiyi yeganə yer adını alıb.

Koreya Milli Muzeyində beş şah əsər :

-At belində döyüşçü şəkli olan qab (91 nömrəli milli xəzinə)

-Bürünc örtüklü, meditasiya edən Maitreya (83 nömrəli milli xəzinə)

-Şilla dövründən qızıl tac (191 nömrəli milli xəzinə)

-Qyonçansa Məbədindən 10 mərtəbəli pagoda (red: pagoda buddistlərin dini tikililərinə verilən addır) (86 nömrəli xəzinə)

2.Koreyanın müharibə xatirəsi – The War Memorial of Korea 전쟁기념관 Concenq Qi Nyomqvan

Cənubi Koreyanın vətənpərvər şəhidlərinin fədakarlıqları şərəfinə qurulan Koreya Müharibə Memorialı, 33 minə yaxın müharibə əsərləri ilə milli  əxlaqi təhsil sahəsinə öz töhvəsini verir. Ziyarətçilər muzeyin altı ayrı qapalı salonunu və jumbo ölçülü silahların açıq sərgi salonunu ziyarət etmək üçün bir neçə saatlarını ayırmalıdırlar. Xüsusilə diqqət çəkən “Müharibə tarixi” otağında keçmiş zamanlardan 1800-cü illərin sonlarına qədərki Koreya silahlarını və döyüş formalarını nümayiş etdirən bir sərgi var. Eyni zamanda  “Müharibə həyatı” otaqları, müharibədən sonrakı onilliklərdə  demək olar ki,  dağıdılmış Seulun necə olduğu barədə daha yaxşı bir fikir əldə etmək üçün, Koreya müharibəsindən sonrakı müharibə kəndlərinin maketləri arasında gəzməyə imkan verir.

3.Koreya Milli Sarayı Muzeyi (국립고궁박물관 Quqlib Qoqunq Banmulqvan)

Coson Xanedanlığının məşhur Kral Məbədləri, 1392-1897-ci illər arasında beş yüz ili əhatə edən ən uzun iqtidar Konfutsion sülaləsi, Seuldan təxminən 40 kilometr məsafədə yerləşir. Koreya Milli Saray Muzeyində həndəsə tarixinin əksəriyyətini və 40 mindən çox əşyadan ibarət olan geniş kolleksiyada əsərləri görmək mümkündür. Daimi kolleksiya, dövrün sənəti, elmi və musiqisi daxil olmaqla, Coson həyat tərzinin bütün aspektlərini əhatə edir. Muzeydə həmçinin İngilis dillində müvəqqəti sərgi və təhsil proqramları da keçirilir.

4.Sodemun Həbsxana Tarix Muzeyi – 서대문형무소역사관- Sodemun Hyonqmuso yoqsaqvan.

Sodemun həbsxanasının tarixi muzeyi Sodemun müstəqillik parkında yerləşən xüsusi muzeydir. 1910 – cu illərdə Coson sülaləsinin haimiyyəti dövrlərində və Yapon əsgərlərinin,  Koreya müstəqillik hərəkatının izləri ilə gedənləri işgəncə edib öldürdüyü yerdə inşa edilmişdir. Sodemun həbsxanasının tarixi muzeyi, Sodemun Həbsxanasını xatırlamaq və Koreya vətənpərvərlərini salamlamaq üçün tikilmişdir. Muzeydə 7 həbsxana hücrəsi, 1 tarixi sərgi salonu, icra otağı, gözətçi qülləsi və müstəqillik hərəkatının  tarixi şəxsiyyəti olan Yu Guan –Sunun öldüyü bir zirzəmi həbsxanası var.

5. Koreya Milli Xalq Muzeyi -국립민속박물관- Quqlim Minsoq Baqmulqvan


1945-ci ildə açılan Koreya Milli Xalq Muzeyi, Koreya xalqının ənənəvi yaşayış tərzini dünyaya tanıtmaq məqsədi güdür. Muzey xüsusilə “Koreya Ənənəvi Əl Sənətləri sərgisi” və “Koreya Ənənəvi Sənətkarlarının Bacarıqları sərgisi” kimi xüsusi sərgilərə ev sahibliyi etməyi ilə tanınır. Muzeyin bağçalarında açıq hava sərgisi kəndlilərin müvəffəqiyyətli məhsul yığımı üçün dua edən Canqsqunq ruhaniləri də daxil olmaqla Koreya xalq həyatının müxtəlif qalıqlarını əks etdirir.

6.Koreya Müstəqillik Zalı – 독립기념 관- Doqlib Qinyomqvan

Koreya Müstəqillik Zalı, Yaponiyanın müstəmləkə hərəkatına diqqət göstərən keçmişdən günümüzə qədər Koreya tarixi sənədlərini və qalıqlarını nümayiş etdirir. Əslində Çində Koreyanın müvəqqəti Hökumət binası olan tikili 1945-ci il avqustun 15-də, Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edildikdən sonra Koreyaya gətirildi. İstiqlal Salonu 15 Avqust 1987-ci ildə İstiqlal Gününün ildönümündə rəsmi olaraq açıldı və indi Yeddi sərgi salonuna, Circle Vision Teatrına və Koreyanın azadlıq mübarizəsinə həsr olunmuş digər imkanlarına malikdir.

7.Milli Hanqıl Muzeyi – 국립한글박물관- Quqlib Hanqıl Banmulqvan

Milli Hanqıl Muzeyi Koreyanın ən qiymətli mədəni varlığı olan Koreya orfoqrafiyasının tarixi və dəyərini sərgi, fəaliyyət və təhsil vasitəsilə nümayiş etdirir. Sahəsi 11.322 m2-dən çox olan muzey, açıq hava sahəsi və mədəniyyət tədbirləri, eksponatlar və təhsil üçün mükəmməl olan  istirahət sahəsi ilə yanaşı, bir zirzəmiyə və üç mərtəbəli binaya malikdir.

Muzey birinci mərtəbədə  Hanqıl kitabxanası və daimi sərgi salonu, ikinci mərtəbədə kafe və mağazalardan, üçüncü mərtəbədə uşaqlar və əcnəbilər üçün nəzərdə tutulan sərgi salonu və Hanqıl oyun meydançasından ibarət olmaqla 3 mərtəbəyə malikdir.

8. Leeum, Samsung İncəsənət Muzeyi – 리움삼성미술관- Lium Samsonq Misulqvan


Samsung Mədəniyyət Fondunun dəstəyi ilə, Leeum Samsung İncəsənət Muzeyi həm milli, həm də beynəlxalq sənətkarların ənənəvi və müasir incəsənətinin geniş bir kolleksiyasına malikdir. Leeum adı Samsung şirkətinin qurucusu və sənət kollektoru olan Hoam Lee Byung-chul adı ilə bağlıdır. Muzeyin binaları beynəlxalq tanınmış memarlar Mario Botta, Jean Nouvel və Rem Koolhaas tərəfindən hazırlanıb, onların dizaynı incəsənət və mədəniyyətin keçmişini, indiki və gələcəyini birləşdirir.

9.Samsung D’light- 삼성전자홍보관(딜라이트)- Samsonq-Conca Honqboqva (dil laitı) )

Ümumiyyətlə, keçmişin bir şəkilini əks etdirən muzeylərdən fərqli olaraq, Samsung D’light gələcək on ildəki texnologiyaların dünyadakı rolunu daha yaxşı təsəvvür etməyə imkan verir.

Məhsullarının vizyonunun necə olacağını demək yerinə, Samsung Electronics, cihazlarının gələcəkdəki səmərəli fəaliyyətləri vasitəsilə qalıcı olduğunu nümayiş etdirir. Məsələn, “Sense” sahəsi, “Gələcəyin Evi” sərgisinin “Əşyaların İnternetlərin” gündəlik həyatını necə  rahatlaşdıracağını göstərmək üçün genişlənən bir reallıq istifadə edir.

10.DTC Tekstil Muzeyi – DTC섬유박물관- DTC Somyu Baqmulqvan

Cənubi Koreyanın toxuculuq sənayesinin mərkəzi kimi, Daegunun keçmiş, indiki və gələcək toxuculuq sənayelərinə həsr olunmuş öz muzeyinə malik olması təəccüblü deyil. DTC Tekstil Muzeyində ziyarətçilər geyim və aksesuarların, eləcə də onları hazırlamaq üçün istifadə olunan maşınların, illər ərzində necə inkişaf etdiyini yaxından görə bilərlər. Muzeyin bəzi hissələrin bir sənət galeriyasına daha çox bənzəyir çünki işlərin əksəriyyəti məsələn, “Rəqs Enerjisi” adlı rəsm əsəri kimi,  həqiqətən moda dizaynerləri tərəfindən hazırlanmışdır. Diqqətlə birləşdirilmiş kiçik parça toxumalardan istifadə edərək yaradılan iş, gözəlliklərin qadın xəyalını əks etdirir.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər