//Koreyalıların sevimli söhbət proqramı – KakaoTalk

Koreyalıların sevimli söhbət proqramı – KakaoTalk

Dünyanın ən sürətli və əlçatan internetinə malik olan Cənubi Koreya texnologiyasının inkişafı ilə də digər ölkələrdən kəskin şəkildə fərqlənir. Hər zaman öz təkmilləşdirdiyi və yaratdığı məhsullardan istifadə etməyə çalışan millət, telefon proqramlarında da bu ideologiya ilə hərəkət edir. Bu proqramlardan ən geniş yayılmışı CNET tərəfindən ən yaxşı söhbət proqramı seçilən KakaoTalk-dur.

KakaoTalk 2010-cu ildə yaranmış və həmin andan etibarən ölkədə ən çox istifadə olunan proqram olmuşdur. Belə ki, KakaoTalk və NAVER ölkənin ən nəhəng şirkətləridir. Biz söhbət proqramı nəzərdə tutarkən sadəcə yazışmaq, görüntülü danışmaq və səs funksiyaları olduğunu düşünürük. Lakin KakaoTalk alışdığımız və bildiyimiz söhbət proqramlarından tamamilə fərqlənir. Bu yazımızda sizə KakaoTalk haqqında ətraflı məlumat verəcəyik.

KakaoTalkda qeydiyyatdan keçmək üçün telefon nömrəsi kifayətdir. Başqa birini əlavə etmək istədikdə isə mütləq olaraq onun telefon nömrəsini bilməyiniz vacib deyil. İD adressini yazaraq da əlaqə qura bilərsiniz. Digər söhbət proqramlarından fərqli olaraq nömrənizin olduğu hər kəs sizi əlavə etməyə bilər. Bunun üçün parametrlər bölməsindən bu funksiyanı bağlamağınız kifayətdir. Beləliklə sadəcə sizin icazə verdiyiniz şəxslər sizin bu proqramdan istifadə etdiyiniz görəcək. Proqramda İD və nömrə əlavə etmədən lupa işarəsinə basaraq əlavə etmək istədiyiniz şəxslə birlikdə telefonu sallayaraq bir-birinizi tapa bilərsiniz. Bunun başqa bir yolu isə QR kodunu göstərməkdir.

KakaoTalkda profil şəklinizi dəyişdirdikdə köhnə şəkil silinmədiyi müddətcə şəkilləriniz profildə saxlanılır. Həmçinin statuslar yaza bilər və profilinizə stikerlər əlavə edə bilərsiniz. Stikerlərin yanında onlara uyğun olan sözlər yazılır.

(Bu nədir bu! , dorrrrrrrı göz yaşlarım axır, bu gün xüsusi(şəxsi) gündür! və s.)

(Bu gündə çox çalışdın! , bitən günə qədər bitmir, Okay Dokay – problem yoxdur! və s.)

(Vaxt çox tez keçir, Uff məktəbə getməyi sevmirəm, sevmirəm, dup dup dup dup ürəyim əsir, Hol~ Çinça? Debak! , Mən doğurdanda əlayam! )

Profilinizə mahnı da əlavə edə bilərsiniz. Beləliklə profilinizə girib sizlə danışan insanlar həmin mahnını eşidə bilərlər.

Ən gözəl funksiyalardan biri isə profilinizdə bir gün təyin edərək həmin günün geri sayımını saya bilərsiniz.

Digər sevilən funksiya isə əhvalınıza uyğun olan kakao dostlarınızı seçərək dostlarınıza göndərməkdir. Həmin kakao dostlar istifadəçilər tərəfindən o qədər sevilmişdir ki, onlara aid oyuncaqlar, əşyalar buraxılmış və kafelər açılmağa başlanmışdır. 

Həmçinim demək istədiyiniz sözü hərəkətli smayliklər vasitəsi ilə də deyə bilərsiniz.

 

Mesaj gizlətmə funksiyası vasitəsi ilə heç kimin görməsini istəmədiyiniz mesajları seçərək gizlədə bilərsiniz. Bu zaman mesajınızı oxuyan şəxs o mesajların sadəcə bir hissəsini görə bilir ㅋㅋㅋㅋ

KakaoTalkın başqa proqramlardan fərqi həmçinin mövzu seçməkdir. Öz zövqünüzə uyğun mövzular seçə bilərsiniz.

Son olaraq isə KakaoTalk vasitəsi ilə dostlarınıza və tanışlarınıza yemək, tort və s. ismarlaya bilərsiniz. Bunun üçün seçdiyiniz yeməyin şəklini dostunuza göndərməyiniz kifayətdir. Daha sonra dostunuz ona yaxın olan kafeyə gedərək şəkili göstərib heç bir ödəniş etmədən həmin yeməyi ala bilər. Ödəniş KakaoTalk vasitəsi ilə sizin hesabınızdan çıxılır.

Proqrama ödəniş kartı ilə daxil olaraq ödənişli stiker, mövzu və s. funksiyalardan istifadə etmək olur.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova