//Koreyalıların gündəlik danışıq dilində istifadə etdiyi bəzi jarqonlar

Koreyalıların gündəlik danışıq dilində istifadə etdiyi bəzi jarqonlar

Koreya dilini Koreyalılar kimi danışmaq və ya Koreyalıların etdikləri zarafatları başa düşmək istəyirsiz? O zaman oxumağa davam edin ~

Sizə Koreyalılarin gündəlik danışıqlarında istifadə etdikləri jarqonları ( ara sözlər, arqo ifadələri və qisaltmaları) öyrədəcəm hansılar ki, sizə Koreya dili  qrammatika dərsliklərində öyrədilməyəcəklər.

Bildiyiniz kimi, jarqonlar gənclər və müəyyən bir qrup insanlar  tərəfindən tez-tez istifadə olunan söz və ifadələrin qeyri-rəsmi  kateqoriyasıdır. Hər bir dildə gəncləri və insanlar arasında gündəlik istifadə edilən jarqonlar var və təbii ki koreya dilində də belə sözlər var. Siz Koreya dilinizi zənginləşdirmək üçün bu ifadələri də bilməlisiz.

Öyrənməyə başlayaq!!!!

1. 남사친 (nam-sa-çin)– təkcə dost olan “oğlan dost”

(nam) – 남자(namca) sözünün qısaltmasıdır – “Kişi/oğlan” deməkdir.

(sa)  사람 (saram)  qısaltması, “insan” deməkdir.

(çin)  친구(çinqu), qısaltması “dost” deməkdir.

Birlikdə işlədiləndə kişi-insan-dost demək olur. Bu oğlan dostunuzun sizin təkcə dostunuz olduğunu yəni sevgili olmadığını göstərən ifadədi.

Bunu eyni zamanda sevgiliniz olmayan qız dostunuz üçün də istifadə edə bilərsiz. 남 (nam) sözün 여(yo) (여자-yoca),ilə dəyişirisiz  olur 여사친 (yocasaçin)!

2. 남친(nam-çin) / 여친(yo-çin) – Oğlan /Qız dost (sevgili)

3. 꿀잼 (qqul-cem) –  Nə isə əyləncəli, gülməli və ya maraqlı olanda işlədilir

(qqul) ‘bal’.

(cem)- 재미있어요(cemissoyo) “maraqlı” sözünün qısaltmasıdır.

Birlikdə işlədəndə  ‘꿀잼’, əyləncəli və ya maraqlı bir şey təsvir etmək üçün istifadə edilə bilər.

4. 노잼 (no cem) – əyləncəli, gülməli və ya maraqlı olmayan zaman istifadə edilən ifadə

꿀잼노잼 şeytan ikili də adlandırılır.

노 (no) mənası “no” və ya “not” ingilis dilindəki sözdəndi

잼 (cem)- 재미있어요(cemissoyo) “maraqlı” sözünün qısaltmasıdır.

Əyləncəli və ya maraqlı olmayan nə isə görəndə ya da eşidəndə  “노잼!” ifadəsin işlədə bilərsiz.

5. 솔까말 (sul-qq-mal) – Açıq və dürüst danışmaq

( sul) 솔직히 (sulciqhi) sözünün qısaltmasıdı  “dürüst” demədi.

까 (qqa) və 말(mal)  까놓고 말하다 (qqanotqo malhada) “ağlindan keçəni demək”

솔직히 까놓고 말하다  cümləsini işlətməsdənsə, 솔까말 qısaltması işlədilir.

6. 모쏠 (mo-ssol)–  heç vaxt sevgilisi olmayan biri üçün işlədilən söz

Bu söz 모태 솔로 (mote sollo) doğulduğu gündən “yalnız” olan biri üçün istifadə olunur.

7. 밀당 (mil-danq)– itələmə və çəkmə

Bu ifadə  밀다(milda) “itələmək” və  당기다 ( danqkda) “çəkmək” sözlərinin birləşməsidir. Bu sözün həqiqi mənasında kimisə itələmək və çəkmək mənasında işlədilmir. Bu ifadə insanların romantik münasibətləri zamanı bir-birilərinə qarşı  “oynadıqları oyun” mənasındadır, bir dəqiqə mehriban davranıb,bir müddət sonra soyuq davran inanlar üçün işlədilir.

8. 맛점 (mat-com) – Dadlı nahar yeməyi

맛있는 점심 (maşitnın comşim) “dadlı nahar” birləməsinin qısaltmasıdır.

9. 만렙(man leb) – Level 10,000

Başqa bir qısaldılmış söz, 만렙, man (10, 000) və 레벨 (səviyyə) birləşməsidir. World of Warcraft və ya RPG kimi  müəyyən  nailiyyətlər əldə etdikdən sonra oyun xarakteriniz səviyyəsinin artdığı  strategiya oyununu oynamısız? 10.000 oyunda ən yüksək səviyyədi. Bu söz bir işdə, təhsildə  və ya bir şeydə usta olan bir insanlar üçün işlədilən sözdür.

10. 까도남 (qqa-do-nam)– yorucu şəhər adamı

Bu 까칠한 (aşındırıcı),  도시 (şəhər) 남자 (adam) 3 sözün birləşməsidi və  bu söz adətən təkəbbürlü, varlı  və özündən başqa heç kimi fikirləşməyən  adamı təsvir etmək üçün istifadə olunur.

11. 대박 (de-baq)– möhtəşəm

Yəqin ki bu ifadəni milyon dəfə eşitmisiz və hələ də məhşurdu. 대박,  “möhtəşəm” və ya “vau”  deməkdir,  şoka düşən və ya təəccüblü bir şeyi təsvir etmək üçün istifadə olunurş 대박나다 (çox müvəffəqiyyətli olmaq üçün)  sözünün qısaltmasıdır.

12. 닭살 (dak-sal)- Toyuq dərisi
Bu ifadənin mənası “toyuq dərisi” deməkdi. Biz dildə işlədilər “tüklərim ürpərdi” ifadəsi ilə eyni mənasındadı.

13. 엄친아 / 엄친딸 (om-çin-a/ om-çim-ddal) – Hər şeydə yaxşı olan biri

엄마친구의 아들 (omma çinquıy adıl)  “anamın rəfiqəsinin oğlu” ya da 엄마친구의 딸 ( oma çinquıy ddal) “anamın rəfiqəsinin qızı”, birləşməsinin qısaltmasıdır  “mükəmməl usaq” və ya hər şeyda yaxşı olan biri mənasına gəlir.  Koreyalı validyinlər həmişə  uşaqlarına kiminsə oglu/qızı imtahanda yaxşı ball yığıb, yaxşı şirkətdə işləyir və ya yaxşı biri ilə evlənib tipli sözlər deyirlər, bizim dildəki “Filankəsin uşağı”   sözü ilə eyni mənadadı 😀

14. 헐 (hol) – OMG

Bu ifadə adətən şok və ya təccübləndirici nəysə eşidəndə və ya görəndə istifadə edilir. Həm pis,həm yaxşı məna da işlədilə bilir deyiliş intonasiyasından asılıdır. ingilis dilindəki “OMG” ifadəsi ilə eyni mənadadı.

15. 훈남 (honnam)– yaraşıqlı və yaxşı xasiyyətli adam

Bu ifadə  훈훈하다 (hun-hun-hada),  “isti və ürəyi açıq” və  남자 (kişi) sözlərinin birləşməsində yaranıb. ümumiyyətlə yaraşıqlı oğlanları 미남 (mi-nam) adlandırırlar, 훈남 isə həm fiziki və də mənəvi cəhətdə yaşı olan kişilər üçün istifadə olunur.Bu ifadənin qızlar üçün istifadə olunanı isə 훈녀 (hun-nyo) sözüdür.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər