//Koreyalıların atalar sözləri

Koreyalıların atalar sözləri

Yorobun annyonq~~

Gündəlik həyatımızda çox vaxt nəyisə ifadə etmək üçün müxtəlif atalar sözlərindən istifadə edirik. Məlumdur ki, hər millətin öz adət-ənənəsinə uyğun olaraq atalar sözü, deyimləri mövcuddur. Bu günkü yazımda sizə Koreyanın atalar sözlərindən nümunələr göstərəcəm ~~

고생 끝에 낙이 온다 (kosenq kıte naqi unda) – “Hər sıxıntının ardından xoşbəxtlik gələr.” Bu ifadə çətin günlər keçirən biri üçün istifadə olunur.

원숭이도 나무에서 떨어진다 (vonsunqido namueso ddorocinda) – “Meymun da ağacdan düşə bilər.” İnsanlar möhtəşəm deyil. Hər kəs səhv ede bilər.

시작이 반이다 (şicaqi panida) – “Başlamaq belə, bitirməyin yarısıdır.”

가재는 게 편이라 (kacenın ke pyonira) – “Xərçənglə belə eyni tərəfdə ola bilərsən.” Menası oxşar keçmişə və ya xüsusiyyətə sahib insanların yan-yana birlikdə olmasıdır.

고양이에게 생선을 맡기다 (koyanqieqe senqsonıl matqida) – “Pişiyə balıq əmanət edilməz.” Tanımadığınız insanlara güvənməyin.

옷이 날개다 (oşi nalqida) – “Paltarın qanadı var.” Geyimin insana nə qədər köməklik göstərdiyini, ilk təəsüratda böyük rol oynadığını bildirir.

등잔 밑이 어둡다 (tınqcan miti odubda) – “Lampanın altı qaranlıq olur.” Bəzən burnumuzun ucunda olanı görmürük. Elə deyilmi?? Kkkk

등잔빈 수레가 요란하다 (tınqcanbin sureqa yoranhada) – “Boş bir səbət böyük bir səslə sallandı.”  Çox danışan, özündən razı insanların əslində danışdıqları kimi olmadığını bildirir. Ətrafınızdakı boşboğazlara deyin bu sözü.Onsuzda anlamayacaqlar Kkkk

아는 길도 물어가라 (anın kildo muroqara) – “Yolu bilsən belə bir daha soruş.” Özünə güvənərək heç nədən əmin olma. Gözləmədiyin nəticələr ola bilər.

엎지 러진 물 이다 (opci locin mul ida) – “Bu sadəcə tökülən sudur.” Kiçik problemler üçün böyük dərdlər çəkməyin.

진실을 구부지만 부러 뜨 리지 (Çinşirıl kubuciman puro ddı rici) “Həqiqət əyilər, amma qırılmaz.”

당신은 맹인 소녀에게 좋은 남편이 인접 찾으면 (tanqşinın menqin sonyoneqe çohın nampyoni incob çadımyon) – “Qonşu yaxşı olsa , kor qız ərə gedər.” Bu söz hardan tanışdı görəsən?? Kkk

Son olaraq yorobun, 손바닥으로 하늘을 가리려한다 (sonbadakıro hanırıl kariryohanda) göyüzünü ovcunuzla örtməyə çalışmayın. Unutmayın ki , 하늘이 우리에게 분명하더라도 탈출하는 구멍이있다 (hanıri uriege bunmyonqhadarado talçulhanın kumonqi-idda) “göyüzü üstümüzə belə düşsə, qaçacaq bir deşik vardır! “

Fighting!! ㅋㅋㅋ

 

 

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova