//Koreyalılardan nələri öyrənmək lazımdır!

Koreyalılardan nələri öyrənmək lazımdır!

 

Hər bir insandan nəsə öyrənmək olar. Bu ifadəni ölkələrə da aid etmək olar. Hansı ölkə olmasından, hansı problemləri ilə üzləşməsindən aslı olmayaraq hər bir ölkədən öyrəniləsi və öz ölkəmizdə olmasını istədiyimiz xüsusiyyətlər mütləq mövcuddur. Əlbəttə ki, əgər söhbət cənubi Koreyadan gedirsə bu ölkədən öyrəniləsi çox şey var. Gəlin birlikdə aşağıda təqdim edəcəyim siyahıda həmin xüsusiyyətləri birlikdə nəzərdən keçirdək və bir daha əmin olaq ki, həqiqətən onlardan öyrəniləsi çox şey var.

  • Təhlükəsiz küçələr. Cənubi Koreya dünya ölkələri içərisində təhlükəsiz ölkələr siyahısında yerlərdən biridir. Siz Koreyada olduğunuz zaman istədiyiniz küçədə rahat və əminamalıqla gəzə bilərsiniz. Cibgirlər və ya digər cinayətkarlar ilə üzləşməyəcəyinizə əmin ola bilərsiniz. Səhər təravətli ölkədə heç bir cinayət hadisəsi olmadığı mənasına gəlmir, sadəcə digər ölkələrə nisbətən göstərici çox aşağıdır. Koreyada istənilən itirilmiş əşyanı itkisiz yenidən tapa bilərsiniz.
  • Avtomobil yolları. Dünya nəqliyyat yolları içərisində Koreyanın yolları hamını özünə valeh edir. Yüksək səviyyəli və keyfiyyətli yollarda hər hansı bir dəlik, çöküklük tapa bilməzsiniz. Yol boyu təyin olunmuş mərkəzlərdə dayanıb istirahət edə, yemək yeyə, hətta çimə, pulsuz internetdən istifadə edərək  yarımçıq qalan işlərinizi həll edib yenidən yola davam edə bilərsiniz.
  • Hava limanı. İnçxon Beynəlxalq Hava limanı- Cənubi Koreyanın əsas hava qapıları hesab olunur. Planetin ən yaxşı hava limanları siyahısına düşə bilə İnçxon Beynəlxalq Hava limanı öz məşhurluğunu limandan istifadə edən sərnişinlərin müsbət rəyləri nəticəsində əldə edib. Hava limanı geniş, işıqlı, müasir və rahatdır. Xidmət səviyyəsi, yükdaşıma xidməti, qeydiyyat şöbəsi, pasport yoxlama məntəqəsi, qidalanma və bunun kimi yüzlərcə yaxşı tərəfini qeyd etməklə bitməz.
  • Otel və ya mehmanxanalar. Hara getməyinizdən aslı olmayaraq narahat olmağınıza heç bir əsas yoxdur. Koreyanın istənilən şəhərində, istər turizm şəhəri olsun, istərsə də sahil yanı hansısa qəsəbə fərq etməz, siz hər zaman təmiz, ucuz və təhlükəsiz otel mütləq tapacaqsınız.
  • Hamam və saunalar. Koreyalıların ictimai hamamlarında 6-8 dollarlıq xidmət müqabilində belə yüksək səviyyədə xidmət çox təəcüblüdür. Qeyd edək ki, hamam deyərkən ağlınıza balaca, dar, ancaq isti sudan ibarət hamamlar gəlməsin. Sözü gedən hamamlar böyük bir kompleksdən ibarətdir. Adətən hamamlar qadın və kişilərin ayrı olduğu birinci hissədə çimdikdən sonra, xüsusi geyimlər geyinərək quru hissəsində (istədikdə) yenidən birləşən istirahət otaqlarından ibarətdir. Koreyaya gələn turistlərin əksəriyyəti daimi yaşayış yeri axtarıb tapana kimi belə yerlərdən daha çox istifadə edirlər. Çunki belə yerlər həm ucuz, həm də etibarlı və rahatdır.
  • Yüksək sürətli internet. Cənubi Koreya internet sürətinə, keyfiyyətinə və istifadəçi sayına görə dünyada ən birincidir. Təsəəvür edin ki, koreyalı mütəxəsislər bu sürətlə kifayətlənməyib interneti növbəti illərdə 10 dəfə daha artıq sürətli etməyə çalışırlar. Koreyada standart internet paketləri limtsizdir. Həmdə bu paketlərə tv kanalarından istifadə də daxildir. Belə paketlər koreyada 15-17 dollaradır.
  • Sürətli xidmət. Koreyalılar cəld insanlardırlar. Bununla yanaşı onlar, həm emosiyanal, həm də səbirsizdirlər. Hər bir koreyalı öz işin cəld etməyə və gözləməməyə çalışır. Bəzi hallarda bu çox yaxşı, bəzi hallarda isə pis hal kimi qiymətləndirilir. Əgər internet vasitəsi ilə yemək sifariş etsəniz yemək dərhal qapınızda olacaq, yaxud maşınınız xarab olubsa həmin dəqiqə təmir edib sizə geri verəcəklər. Bəlkə buna görə Koreyada internet bu qədər sürətlidir və iqtisadiyyat da günü-gündən inkişaf edir.
  • Su tikintisi. Ölkə ərazisinin suya aid ola hissəsində tikintilər apararaq yüksək nailiyyətlər əldə edirlər. Koreyalılar su tikintisi inkişaına görə Yaponiya və Çin kimi öndə gedən ölkləri ötməyə hazırlaşır.
  • Təhsil. Koreyalılar həmişə oxuyurlar. Koreya əhalisinin hər gün mütləq nəsə oxuyur və ya öyrənir.
  • Zəhmət sevərlilik. Millətin ən böyük dəyəri zəhmətə böyük qiymət verməsidir.
  • Böyüklərə hörmət. Koreyada illərə və yaşa çox böyük dəyər verirlər, hörmət göstərirlər. Milli adət ənənələrdə böyüklərə ehtiramla yanaşmaq ən önəmli faktorlardan biridir.
  • Səhhətinə qulluq. Dünyanın ən uzun ömürlü insanları olan koreyalılar öz səhhətlərinə xüsusi diqqət ayırırlar.