//Koreyalı tərcüməçiyə ingilis dilində çətin anlar yaşadan Alpərən Duymaz

Koreyalı tərcüməçiyə ingilis dilində çətin anlar yaşadan Alpərən Duymaz

 

Daha əvvəl xəbər verdiyimiz kimi avqust ayının 28-də Koreyanın paytaxtı Seulda “The Seoul Drama Awards 2019” müsabiqəsinin 14-cü tədbiri baş tutdu. Tədbir haqqında ətraflı buradan oxuya bilərsiniz. “The Seoul Drama Awards 2019” müsabiqəsində dünyanın 61 ökləsinin 270 işi təqdim olunmuşdu. Müsabiqənin “Silver Award” mükafatına laiq görülən məşhur türkiyəli aktyor Alpərən Duymaz zəif ingiliscəsi ilə koreyalı tərcüməçiyə çətin anlar yaşatdı. Səhnəyə çıxan aktyor Koreya dilində hamını salamladıqdan sonra ingilis dilində davam etməli idi, amma həyəcandan sözləri unudan aktyor nə deyəcəyini bilmədi. Tez bir zamanda özünü ələn Alpərən Duymaz cibindən telefonunu çıxardaraq ingilis dilində təşəkkür etdi. Alicənab koreyalılar bu vəziyyəti alqışlayaraq qarşıladılar. Gəlin həmin anlara birlikdə baxaq.