//Koreyalı şəxsin dövlətlə bağlı yazdığı tweet, dünya gündəminə girdi

Koreyalı şəxsin dövlətlə bağlı yazdığı tweet, dünya gündəminə girdi

Koreyalı şəxs tweeter hesabında “Burning Sun” və digər xəbərlərin arxasındakı koreyalı olmayanların bilmediyi doğruları, həmçinin rəsmi xəbərləri paylaşdı.

Həmin tweetləri aşağıdan oxuya bilərsiniz!

Mən koreyalıyam və koreyalıların Sınqri və “Burning Sun” hadisələri ilə bağlı nə düşündüyündən danışacağam. İngilis dili mənim ilk dilim olmadığından səhvlərim olsa məni bağışlayın.

Bir çox K-Pop pərəstişkarı yanılır. Bu idol ilə bağlı hadisə deyil. Bu Koreyada meydana gələn narkotik və qadın alveri gündəmləri və onları yönləndirən siyasətcilər və şirkətlərlə bağlıdır. Həmçinin, illərdir cəzalandırılmayan polislərin sui-istifadə hadisələri ilə bağlıdır.

İlk öncə, müxbir nəyə görə mesajları polisə vermədi? Bunun səbəbi polisin hadisələrlə dərindən bağlı olmasıdır. Buna görədə müxbir Koreyadakı qanunsuzları araşdıran bir quruluşla söhbət etdi.

Koreya Mərkəz Hökümətinə aid olan və Koreyada qanunsuzluqları aşkar etməyi qərar verən agentliyin nümayəndəsi:  “ söhbətlərdə heç bir düzəltmə və redaktə yoxdur. Həmin söhbətlərin Koreyada edilmiş olmasına şok oldum” deyib.

https://m.news.naver.com/read.nhn?mode=LSD&mid=sec&sid1=102&oid=025&aid=0002890682  

-əlaqəli məqalə

Əgər müxbir mesajları polisə təhvil edərsə, böyük ehtimalla mesajlar ortadan qaldırılacaq. Çünki “Burning Sun”-ın çoxdan polisə rüşvət verdiyi təsdiqlənib.  

https://m.news.naver.com/read.nhn?mode=LSD&mid=sec&sid1=102&oid=056&aid=0010676583

Qanqnam klubunu ardıcıl olaraq araşdıran Qanqnam Polis Agentliyi, bu iddialara görə araşdırmaları yekunlaşdıra bilmədi və hal-hazırda başqa bir heyət tərəfindən araşdırılır.

İkincisi, koreyalılar nəyə görə təkcə Sınqrini yox, koreyalı siyasətcilər və böyük holdinqlərin də məsələyə daxil olduğunu bildirir? Bir çox K-Pop pərəsrişkarı Sınqrinin adını eşitmiş ola bilər , ancaq koreyalılar təkcə onu görmür.

Polisin, siyasətcilərin və holdinqlərin qanunsuzluğu Cənubi Koreyada bir ya da iki dəfə meydana gəlmiş reallıqdır. 2010-cu ilə geri dönək!

İ Yonq Cun adlı dedektiv hələ də Qanqnam tərəfindən araşdırılır. Polis intihar olduğunu desə belə, sirli şəkildə bir ölüm idi. Qanqnamda ölməsinə baxmayaraq , çox səmim bir polis idi və 3 il boyunca mükafan qazanırdı.

Qanqnam şöbəsindəki polis, mediadakı ölüm xəbəri ilə bağlı narahatlığından hadisənin üstünü qurbanın sevgilisinin etdiyini söyləyərək örtdü. Amma öldürülən dedektivin ailəsi, sevgilisi ilə heç bir problemi olmadığını söylədi. Ailə cinayəti araşdırmalarını istəyib, nəticə ilə bağlı etiraz etsə də, göz ardı edildi.

Dedektiv İ Yonq Cunun Qanqnamdakı klubun qanunsuzluğunu öz başına araşdırması çox qəribə idi. Koreyada dedektivlər ikili qrup şəklində araşdırmalar edir. Qanqnam şöbəsində çox diqqətli davranırdı. Selekopya maşınından belə başqa yerdə istifadə edirdi. Busanda güvəndiyi birinə hadisə ilə bağlı xəbər verməyə gedərkən yolda qəza keçirdi. Yonqdonq xəstəxanasına daşındıqdan sonra, ayaqyoluna gedəcəyini bildirib və daha sonra ortadan itib. Hadisədən sonra xəstəxanadan uzaqda su anbarının içində tapıldı.

Tapıldığı anbar 1,5 metr dərinlikdə idi. Lakin 175 sm-lik adamın içində boğulacaq qeder dərin deyildi. Yaxınlıqda heç bir bənd yox idi, buna görə də sürətli su axını onu apara bilmirdi. Bunlar son deyil. Həkimdən alınan nəticələrə görə qurban , hər hansı bir alət vasitəsilə boğulmuşdu.

Polis ciyərlərində plankton olduğu üçün boğulduğunu bildirdi. Beləliklə, doğruları tapmaq Koreyada uzun müddətdirki sirli qalmışdır.

https://www.instiz.net/pt/6007258

İndi isə 2015-ci ilə qayıdaq. https://theqoo.net/square/1020923322

İCənubi Koreya şirkətlərinin və siyasətcilərin uşaqlarının qanunauyğunsuzluqları açıqlandı.

Məqalənin orjinal müxbiri, Cənubi Koreyada məşhur bir gündəmi açıqlayan media şirkətinə aiddir. İ Myonq-Bak və əvvəlki qanuna uyğumsuzluq prezidenti Park Qın Hyeni yaxalayan və onları həbs etmək üçün sübut əlavə etməklə məşhurdur.

Bu məqalənin altındakı hekayə, siyasətcilərin və böyük şirkətlərin uşaqlarının narkotik dağıtdığı və məşhurlarla çox yaxın əlaqələri olduğu ilə bağlı idi.

Onların narkotik dağıtımı və sosyal görüşlərinin Qanqnamda keçirildiyi deyilir.

Məqalənin orjinal versiyası müxbir tərəfindən silinməsə belə, xalkerlər tərəfindən silindi. Silinmədən öncə yaddaşda saxlayan insanlar olduğu üçün məqalə tam ortadan qaldırıla bilmədi.

Pərəstişkarların Sınqri ilə bağlı hadisələrin, Cənubi Koreyadakı digər hadisələri örtmək ilə bağlı olduğunu demələri nə qədər məntiqsiz olduğunu görürsünüz? Koreyada bu böyüklükdə skandalın yaşanmasında bura 10 il keçib. Hətta 10 il boyunca məsum insanları öldürüb, gizlədilər.

Mesajları gətirən və “Burning Sun” -ın ilk qurbanı olan müxbir, Sınqri hadisəsini sadəcə bu olayların kiçik bir hissəsi olduğunu və bütün bunları Sınqrinin arxasında gizlənən doğruları ortaya çıxarmaq üçün etdi.

Məsələn, klub Arenada Burning Sundan daha çox narkotik vasitə satıldığı və axtarışlar başlatdıqları deyilir.

Üçüncüsü, Kim Sanq Kyo bir seks cinayətkarıdır. Ona görə də inanmayan Sınqrı pərəstişkarına əlavə etmək istəyirəm ki, Kim Sanq Kyo və hadisə ilə bağlı hər üç qadınında Burning Sun işçiləri ilə yaxından əlaqəsi olduğu ortaya çıxıb.

Sınqri tərəfdarlarının bu məqalənin JTBC-nin prezidentin hücumlarını örtbas etmək üçün yazıldığını deyəcəyini bilirəm. Ancaq Koreyada Burning Sun-dan daha böyük skandal yoxdur.

K-Pop pərəstişkarlarının tez-tez bəhs etdiyi SOPA ən talehsiz hadisələrdən biridir, ancaq Burning Sun qədər böyük deyil.

Kim Sanq Kyonu cinsi təcavüzdən günahlandıran qadınların Burning Sun işciləri və ya  ora qatılanlarla əlaqəsi olduğunu deyən JTBC deyil. Bunlar arasında narkotik alveri ilə təqsirləndirilən çinli bir qadınla bağlı da araşdırmalar gedir. Digər qadınların da sosyal şəbəkələrdə paylaşımlarından bilinir ki, klubla çox yaxındırlar.

İlk Burning Sun hadisələri baş verəndə, koreyalılar CCTV ilə maraqlandılar. Koreyada çoxlu sayda CCTV var. Ancaq Qanqnam klubu CCTV olmadığını bildirdi. Olmadığı deyilən CCTV , ilk dəfə Sınqrinin bacısı tərəfindən redaktə olunaraq instaqramda paylaşıldı. Sınqrinin bacısı Kim Sanq Kyonun seks cinayətkarı olduğunu söylədi. Bəs polisdə belə olmayan CCTV Sınqrinin bacısında necə var idi?

Burning Sun-da DJ olan Sınqrinin bacısının görüşü əlbəttə ki doğru ola bilər. Beləliklə, etiraz edən biri tərəfindən yayımlanan CCTV-yə baxaq.

Kim Sanq Kyo-ya ilk hücum edən adamın CCTVsi. Kim Sanq Kyonun saçlarından dar küçədə tutur.

Kim Sanq Kyo, Burning Sun işcisi tərəfindən hücuma məruz qalır. Bir VİP (BigBang pərəstişkarı) nə edir? Heç nə olmamış kimi Kim Sanq Kyonu izləyərək kolidordan çıxır və parkinq halında olan maşınına minir.

Onlar kimdir? Kimdirlər ki, kiməsə hücum edilsə cezalandırılmırlar və narkotik dağıdarkən belə ad vermirlər? Burning Sun hadisəsi heç cür cəzalandırılmayan VIPləri (zənginlər,nazirlər,siyasətcilər) ortaya çıxarmayana qədər bitməyəcək.

Nəysə ki, müxbir ilk dəfə polisə danışmadı və başqa bir quruma təhvil verdi. Buna görə də Cənubi Koreyanın prezidenti hadisədər xəbərdar oldu və hadisənin həll olacağını söylədi.

Ancaq bir çox koreyalı sadəcə məşhurların cəzalandırılaraq hadisənin bağlanacağından qorxur. Ümid edirəm ki, K-Pop pərəstişkarları sadəcə qruplarını qorumaq üçün yalan deməzlər. Bu Koreya tarixində vacib xəbərdir və açıqlanması lazımdır.

Doqquz il sonra Burning Sun hadisəsi çıxanda, Qanqnam Polisi inanılmaz dərəcədə məntiqsiz araşdırmanı təkrarladı. İlk öncə narkotik xəbərini ortaya çıxaran Busan Polis Şöbəsi idi. Başlanğıcda bölgədəki vəziyyət bölgə polisi tərəfindən aparılırdı. Polisin davanı öncə klubdan kənar aparması, Qanqnam klublarındakı narkotik dağıdılmasını bildiklərini göstərir. Bir çox koreyalı ölən dedektivin, Busan polis şöbəsində sübut topladığını düşünür.

Həmçinin, böyük şirkətlər üçün deyiləcək bir şey var. Klubun yaranmasına dəstək göstərən şirkətlərin, klubun yanındakı otellər ilə əlaqəsi var.

Axtarışlar davam etdiyi üçün yazdıqlarım bütün hekayəni tərsinə çevirmiş ola bilər, ancaq koreyalıların niyə bu hadisəni bu qədər vacib saydığını bildirmək istədim.

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova