Qalmaqallı silsilə hadisələrdən və Burning Sun gecə klubu ilə əlaqədər polis araşdırmalarından sonra BIGBANG-in maknesi əyləncə sektorunu tərk etməsi ilə bağlı qərarını elan etdi, amma koreyalı şəbəkə istifadəçiləri deyəsən buna görə yalnız sevinirlər.
Martın 11-i o, öz Instagram səhifəsində əyləncə sektorunu tərk etsə daha yaxşı olacağını bildirdi. Son 10 il Sınqri üçün dolğun keçdi, lakin son bir neçə ayda olan nifrət və tənqid onu YG Entertainment və BIGBANG-i bu aqibətdən qorumağa kömək edəcəyini düşündüyü bu addımı atmağa vadar etdi.
Elan nəşr olunan kimi koreyalı şəbəkə istifadəçiləri rəylərdə sarkazm əsirgəməyərək bu hadisəni «bayram etməyə» başladılar: «Səni bəyəm qovmadılar?», «Yəni «millət satqını olaraq»? Elə danışırsan ki, elə bil bütün olanlar sadəcə şaiyədir», «Hə,hə, istefaya getməyin əsl vaxtıdır axı. Sadəcə əmin ol ki, istintaqı bitirəcəksən. Düşünmə ki, hər şey bununla məhdudlaşır», «Nə istefası, səni sadəcə qovdular», «Ona əsgərliyə getməyi qadağa edin», «Hər şey bitdi. Adam olmağı öyrənməlidir», «Aydındır ki, yuxarıda oturanların uşaqlarının problemlərinə görə Sınqrini sıxışdırıblar», «Ölkəni tərk etmək qadağasını ədliyyə naziri şəxsən özü verib… Bu o deməkdir ki, hal-hazırda Sınqriyə qarşı sübutlar çoxdur», və başqaları.
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019