//Koreyada salamlaşmaq adət-ənənəsi

Koreyada salamlaşmaq adət-ənənəsi

Koreyada insanların bir-biri ilə azacıq önə əyilmiş formada salamlaşması adətdir. Əgər bu görüş rəsmi görüşdürsə, salamlaşmaq qaydasını mütləq etmək lazımdir. Milli adət- ənənələrlə salamlaşmaq qaydasında dizlərə qədər toxunmaq şərti ilə əyilərək salamlaşmaq şərtdir. Bu adət-ənənəni böyüklərin qarşısında, rəhmətə gedənləri yad edərkən, bayram günlərində, xüsusən də Çusok və Sollal (Chusok and Sollal) bayramlarında, eləcə də gənclər ailə qurarkən böyüklərin qarşısında eləməli olduqları ən vacib adətlərdən biridir. Ay təqvimi əsasında keçirilən yeni il bayramında həyata keçirilən bu adət sebe (sebae) adlanır. Yeni ildə edilən bu adət-ənənə günümüzə qədər gəlib çıxmışdır. Yeni il günü milli paltar sayılan hanbok (hanbok) geyinərək üz-üzə dayanıb bir-birini salamlamağın mənası yeni həyatın başlanğıcında bir-birilərinə xoş gəldin demələri mənasına gəir.

 

Əllərin forması:

Çol və Sebe (Chol və sebae) salamlaşması eliyərkən qadınlarda əllər sağ əlini sol əlinin üstünə, kişilər isə əksinə qoyurlar. Amma əllərin dayanma qaydası ancaq dəfn mərasimində fərqlidir. Belə ki, dəfn mərasimlərində qadınlar sol əlini sag əlinin üstünə, kişilər isə əksinə qoyurlar.

Sebe (Sebae) etmək qaydası. Kişilərdə:

1. Sağ əlinizi sol əlinizin üstünə qoyaraq düz dayanın, əllərinizi qarnınızın üstünüə qoyun.

2. Hər iki əlinizi sinənizə qədər qaldırın.

3. Dizlərnizi birləşdirdikdən sonra, hər iki əlinizi döşəməyə qoyub diz üstə oturun.

4. Başınız əllərnizə dəyənə kimi əyilin.

5. Sonra ayağa qalxın.( Əvvəlcə sag ayaq, sonra isə sol ayaq)

6. Təkrar əllərnizi sinənizə qədər qaldırıb, əvvəlki formanı alın.

Sebe (Sebae) etmək qaydası. Qadınlarda: İki cür qəbul olunmuş salamlaşmaq qaydası var. Biri sadələşmiş, hansı ki, onu gündəlik həyatlarında tətbiq edirlər O biri isə ancaq rəsmi günlərdə olan daha mürəkkəb forması.

Sadə forma

1. Sağ əlinizi sol əlinizin üstünə qoyun və əllərnizi qarnınızın üstündə çarpazlayın.

2. Diz üstə sərbəst formada oturub, əllərnizi yanlara qoyun.

3. Əllərnizi ehmalca çiyinlərnizə qədər qaldırıb əyilin.

4. Döşəmədən birinci əllərnizi götürüb sonra başınızı qaldırın.

5. Təkrar əllərnizi çarpazlayıb qarnınızın üstünüə qoyun.

Mürəkkəb forma

1. Gözlərnizi aşağıya salıb, başınızı önünüzə yüngülvari əyin, əllərnizi gözlərinizə qədər qaldırın.

2. Sol ayağınızla əyləşın, ayağlarnızı çarpazlayıb, əllərnizi önünüzə qoyun.

3. Mümükün qədər döşəməyə qədər əyilin(45 dərəcədə də əyilmək olar)

4. Bir neçə saniyə bu vəziyyətdə qaldıqdan sonra təkrar əvvəlki vəziyyətə qayıdın. Amma əllərniz yenə də önünüzdə olmaq şərti ilə.

5. Sağ ayaq üstə ayağa qalxın və əvvəlki vəziyyətnizə qayıdın.

Ardı var…..