//Koreyada məşhur olan azərbaycanlı model reytinqləri alt-üst etdi

Koreyada məşhur olan azərbaycanlı model reytinqləri alt-üst etdi

Koreyada model və aktyor kimi fəaliyyət göstərən azərbaycanlı olduğunu bilirsiniz?

Allahverdi,  Naverdə 연예인 (məhşur) profili olan və model kimi fəaliyyət göstərən ilk azərbaycanlıdır. İndiyədək bir çox model fəaliyyəti göstərib və filmlərdə çəkilib, həmçinin 300-dən çox reklam çəkilişi edib.
Bu yaxınlarda Koreyanın məşhur “어서와 한국은 처음이지?” ( Xoş gəlmisiniz, Koreyada ilk dəfəsiniz?) proqramına 3 azərbaycanlı dostu ilə qonaq olmuş və digərlərindən fərqli olaraq Azərbaycan 4 bölüm olaraq yayımIanmışdır. Yayımdan sonra ölkəmiz Koreyanın iki böyük internet saytı Naver və Daumda ən çox axtarılanlarda birinci olub. Həmçinin, Azərbaycanı təmsil etmək üçün verlişdə qonaq olan Allahverdi ən çox axtarılanlar siyahısında dördüncü olub. Bizim ölkə və gənclər koreyalılar tərəfindən böyük marağa səbəb olduğu üçün verliş 4 bölüm olub və yayımlandığı günlərdə ən çox axtarılanlarda birinci yerdə Azərbaycan yer alıb.

Verlişin azərbaycanlı qonaqlar olduğu ilk bölümü 26 dekabr tarixində MBCevery1 kanalında yayımlanıb. Yayımlandığı zaman böyük marağa səbəb olan verlişin reytinqi 2.917% olub və həmin gün yayımlanan Hyun Bin-in məşhur serialı “Crash Landing on You” və Yoon Shi Yoon-un baş rol oynadığı “Psychopath Diary” serialının reytinqini keçərək, reytinq cədvəlində 1-ci olub.

Verlişin yayımlandığı 4 bölümdə gənclərimiz Azərbaycanı layiqincə tanıdıb. Ölkənin milli sərvətlərindən və insanlarımızın mehribanlığından bəhs edən Allahverdi, Koreyada böyük uğurlara imza atıb və koreyalılar tərəfindən sevilib. Allahverdinin Koreyadakı fəaliyyətləri ilə bağlı @albennim instaqram hesabından ətraflı məlumat ala bilərsiniz.

Qazandığı uğur və ölkəmizi Koreyada tanıtdığı üçün Allahverdi və dostlarına təşəkkür edir, uğurlarının daim olmasını diləyirik !

Elmina Səfərova